Xaricə meşə fındığı satışı 82 milyon dollardan çox qazandırıb
Bu gün, 15:44
Cari ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 11 min 436.97 ton miqdarında meşə fındığı satıb.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 82 milyon 489.52 min ABŞ dolları olub.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 592.71 ton (29.3%), dəyər ifadəsi ilə isə 27 milyon 962.67 min ABŞ dolları (51.3%) çoxdur.
2024-cü ilin ilk 7 ayında ixrac 8 min 844.26 ton, dəyəri isə 54 milyon 526.85 min ABŞ dolları olub.
Yanvar-iyul aylarında xaricə satılan meşə fındığının bir tonu orta hesabla 7 min 213.4 ABŞ dolları (12 min 262.8 manat) təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 048.9 ABŞ dolları (17.0%) çoxdur. 2024-cü ilin ilk yeddi ayında bu göstərici 6 min 164.5 ABŞ dolları (10 min 479.7 manat) olub.
Qeyd edək ki, yanvar-iyul aylarında ixrac olunan meşə fındığı ümumi ixracın 0.54 faizini təşkil edib.