Rusiya prezidenti Vladimir Putin Çindəki ŞƏT sammitində Tyançində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb
Bu gün, 15:46

Rusiya prezidenti Vladimir Putin Çindəki ŞƏT sammitində Tyançində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb (31 avqust 2025-ci il)
Putin Psşinyanla söhbətdə:
"Sizi görməyə çox şadam, bugünkü və sabahkı hadisələrin kənarında danışmaq imkanım var.
Uzun müddətdir ki, bir-birimizi görmürük, çoxlu müxtəlif məsələlər yığılıb: ikitərəfli, regional və beynəlxalq. Ümidvaram, bugünkü görüşümüz, hər zamanı olduğu kimi, faydalı, mənalı olacaq.
Sizi görməyə şadam, Nikol Vovaeviç. Bizim
Həmkarlarımız daim əlaqə saxlayırlar. Hökumət üzvləri mənə hesabat verirlər - onlar tez-tez Ermənistana səfər edirlər, sizin hökumət üzvləri isə Rusiyaya gəlirlər".
Paşinyan isə, Putinə çox qısaca, cavab verib. Hiss olunur ki, etibar etmir, yaxınlıq hıvəsi də yoxdur. Adamdan hamı yan keçir, uzaq durur. Heç kim də, başını cəncəllərə salmaq istəmir.
Vəssalam. Ümumən sammit arası bu qısaca, foye görüşündə heç bir konkret razılaşma ya ciddi məsələ söhbəti olmayıb. Aydın görünür, bu kiçik görüş Putinin planı və təşəbbüsü ilə baş tutub və ətrafdakılara görüntü və xüsusi təsir, işarə məqsədi daşıyır: "для галочки".
P. S.
Videonu izlədikdə görünür, çox zəifləyib fiziki, həm də əsəb-psixoloji. Çox düşüb: duruşu, halı, şuxluğu, səsinin tonu, manevrləri, danışıq tərzi, sərrastlığı, diqqətini, fikrini, yaddaşını və həm müvazinətini və hərəkətini toparlaya bilməsi. Hiss olunur ki, bədənin qida qəbulu və həzmi zəifdir, güclü kalorili qida qəbulunu da kifayət edici enerjiyə çevirə bilmir. Toplanan enerjinin bədəndən, ruhdan axını, sərfi sürətlə gedir. Və nəticədə tez yorulur, süstləşir. Daima yanında gedən həkimlərin, kosmetoloqların hesabına görüş və çıxışlar üçün qurulan görüntü də, bir qısa müddətə təsirini itirir, süstləşməyə keçir.
Mərkəzi sinir sistemi də artıq "error" verir. Və danışanda nəfəs almasi çətinləşir, çünki baş beyin, mərkəzi sinir sistemi nəfəsalma aktını tənzim edə bilmir. Eləcə də, danışanda dilinin tənzimini çox hallarda tupuq vurur. Və həm də daxili üzvlər, əl-ayaq, hərəkətin fəaliyyətini də.
Ona görə də bu cür, Moskvadan uzaqda Çinə, Alyaskaya səfərlər çox enerji itkili yorucudur, belə sağlıq durumu üçün olmaz. Və kateqorik olaraq belə səfərlər və ümumiyyətlə də Rusiya kimi böyük, çətin, təzadlı və xüsusi mürəkkəb ziddiyyətli kompleksləşmiş problemli dövlətin belə çətin, ağır dövlət postunu tutmaq olmaz.
Rəhbər postunu tutmaq xüsusilə, belə sağlıq durumlu orqanizm üçün qəti əks-göstəricidir. Xüsusilə də, belə "təkadamlı" avtoritar üsulla.
Belə çox getməz bu bədən, fiziki və həm də, sinir-psixoloji. Məsələ ondadır ki, heç kim bu adama cürət edib deyə bilmir ki, bəsdir, sən budaqdan qopub düşmüş meyvə kimisən və yalnız qabığındakı enerji, qidanı xərcləyirsən, harada qurtardı-qurtardıdır səninki. Özü isə bunu, bu çökmə, bitmə təhlükəsini görsə və bilsə də, özünə etinasızdır. Artıq tüpürüb öz, əslində çoxlu səhv, yanlışlarla baş tutmamış həyatına və onunla birlikdə də sağlamlığına. Yaxşı da bilir öz sağalmaz, üzücü, çökdürcü xəstəliyini (mən də bir ekspert kimi bilirəm).
İndi artıq harada qlrıldı-qırıldı ilə və xislətinə uyğun əyləncə, məşğulat kimi, dava-qırğınlar, intriqalarla, savaşlar, təxribatlarla yaşayır. Bu onun üçün əyləncədir, başını qatan, hətta elə, həyatının da mənası olan. İçi inad, kin, nifrət, "dvijuxa", qəddarlıq və mənasızlıq dolu həyat.
İlqar Altay.
TEREF