Şambala ölkəsinin Böyük Azəriləri

26-06-2015, 11:19           
Şambala ölkəsinin Böyük Azəriləri
Şambala ölkəsinin Böyük Azəriləri

Qədim dövrün ən sirli ölkələrindən biri də Şambala hesab olunur və bu haqda mənbələrdə istənilən qədər geniş məlumatlar var (https://ru.wikipedia.org/wiki/Шамбала). Lakin bütün bunlara baxmayaraq, Şambalanın əsl mahiyyəti, mövcud olduğu ərazi müəyyən olunmamışdır. Biz Şambala rəmzinin batini mənasını açmaqla bu sirlərə aydınlıq gətirmək qərarına gəldik.

Şambala rəmzi sufi-batinilərdə Şam-Bal kimi açılır və buradakı Şam rəmzi, ən qədim mənbələrdəki Sim rəmzi ilə eynidir. Tövratda Sim rəmzi göylərə və burda yaradılmış çadıra aid edilir. Bu çadır Musa (SM=MS) peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaratdığı Vəhy çadırıdır. Mahiyyət etibarilə bu çadır göydə yaradılmış cənnətin rəmzidir. Deməli, Şam/Sim rəmzi batinilikdə göylər və buradakı ruhlar dünyasını bildirir.

Şambala sözündəki Bala rəmzi qədim mənbələrdə Baal/Bel (Balaat), Vaal (Valaat) kimi də yazılır. Tarixçi B. A. Turayev Bel/Baal/Vaalı – Marduk Allahı adlandırır və onu - Demiurq, yaradıcı Allah olduğunu hesab edir. O xüsusi nəzərə çatdırır ki, klassik yazıçılar “Belin sərdabəsi”, yəni Mardukun sərdabəsi dedikdə Babil qülləsini nəzərdə tuturlar. Digər yerdə Turayev bildirir ki, Baal Allahına “Salam-Vaal”, “Pene Baal”, “Şem Baal” və s. adlar da şamil edilir (Б. А. Тураев, «История древнего востока», Л., 1935, том II. səh. 9). Buradakı “Şem Baal” rəmzi isə elə Şambala deməkdir. Bu isə onu göstərir ki, Şambala ölkəsi Marduk Allahının ölkəsi olmalıdır.

Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır (Б.А.Тураев, «История Древнего Востока», II cild, Л., 1935, səh.91). Belə çıxır ki, qədim mənbələrdə “Başı göylərə çatan” Babil qülləsi dedikdə məhz Marduk Allahının ilkin materiyada yaratdığı Etemenanki məbədi nəzərdə tutulmalıdır. Şambala ölkəsi də – təməli yerdə qoyulmuş, başı isə göylərə çatan Allahlar vilayəti mənasında ruhlar dünyasıdır.

D. Rol “İtirilmiş Əhd” kitabında xüsusi qeyd edir ki, Bel (Baal/Vaal), Marduk və Asar Allahları vahid Allahın müxtəlif adlarıdır. Onun yazdığına görə, Marduk və Assur Allahları, Eridudan olan “Enki və Damkinin oğlu” Asardan və ya Asar-Luxidən yaranmışlar. Asar-Luxi isə Osiris-İlahi mənasında Osiris Allahı deməkdir. Deməli, Şambala ölkəsini var etmiş Marduk Allahı – Asar/Osiris Allahdan yaranmışdır.

Misirşünas U. Bac, “Nesi Amsu-nun papirusu”ndan maraqlı bir mətni tərcümə etmişdir. Burada, özünü - əzəli (ilkin) materiyanın toxumu Auseres (Osiris) adlandıran insan ruhu, ilkin materiyaya daxil olaraq, efirdə Atum Allahı mənasında “dünya” yaradır (У. Бадж, «Египетская религия. Египетская магия», М., 2000, səh.30,31). Qədim Misir mənbələrində bu dünya - Qeb adlanır ki, mənbələrdə Şambala ölkəsinin də Qobi çöllərində yaradılması nəzərə çatdırılır. Qədim Misir yazılarında, göyləri təşkil edən ilkin sularda yaradılan Qeb torpağı yeni zamanda Baxu/Biqqe adası kimi də yazılır ki, sufi məntiqində bunlar eyni mənalıdırlar. Biqqe/Baxu rəmzi isə sufizmdə Bəqa səviyyəsini bildirir ki, bu da ilkin materiya ilə vəhdəti bildirir. Belə çıxır ki Osiris/Auseres adlanan insan ruhu məhz Bəqa, yəni bəglik səviyyəsinə qalxmış və İlahla vəhdətə nail olaraq, ondan göydə “dünya” – El yaratmışdır. Göydə yaradılan bu El, yəhudilərdə El Allahı adlandırılır və Baal Allahı ilə eyni mənada göstərilir. Sufizmdə El rəmzi İliya rəmzi ilə eyni mənalıdır və şiə ezoterizmində bu rəmz Əli kimi qeyd olunaraq, Allah səviyyəli qəbul edilir.

Sufi dahilrindən olan Mühiddin ibn Ərəbi İliya, Baal və Bəg rəmzlərini eyniləşdirərək yazır: “İlya – İdris idi ki, Nuha qədər peyğəmbər olmuşdu, Allah onu yüksək yerə ucaltmışdı: O Göy kürəsinin mərkəzində, Günəş kürəsində dincəlir. O, Baal-bəg kəndinə göndərilmişdi: “Baal” – “büt”ün adı, “bəg” isə həmin məntəqənin hökmdarı deməkdir – bu Baal adlandırılana hökmranlıq verilmişdi. Bax, bu İdris olan İlyaya elə gəldi ki, Livan dağı (bu dağın adı “lubana” sözündəndir və “tələbat” deməkdir), bütün orqanları oddan olan odlu ayğırdan qopdu. Bunu görəndə o, ayğırı yəhərlədi, onda olan üsyani ehtiraslar onu tərk etdi: o ehtirassız ağıla çevrildi, çünki artıq ruhun tamahkar məqsədindən ayrılmışdı. Allah onda təmizlənmiş halda oldu – o zaman onda Allah haqqındakı biliyin yarısı var idi. Çünki ağıl özündən başqa, hər şeydən yayınanda və yalnız öz düşüncələrindən qaynaqlananda, o Allahı bənzətmədə yox, təmizlənmiş halda tanıyır. Əgər Allah ona öz təzahüründə bilik verirsə, onun Allah haqqındakı biliyi həyata keçir: O onu birində təmizləyəcək, digərində bənzədəcək, Allahın təbii və elementar formalarındakı axmasını görəcək: bu zaman o istənilən formada Allahın təzahürünü, həmin formanın təzahürü kimi görəcək. Allahın göndərdiyi və gətirilən qanunlar haqqındakı bilik tam halda belədir, bu biliklər təxəyyülün bütün gücü ilə bərqərar olmuşdur” (Ибн Араби, «Геммы мудрости», сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm, böl.,22). İbn Ərəbi burada, sufi pirinin bəqa səviyyəsinə yüksələrək, İlahla vəhdətə nail olmasını və Ra günəş diskində Allaha (Ra-Amon/Rəhman) çevrilməsini rəmzləndirir. Burada Livan/Lübana, yəni Alban dağının oddan olan odlu ayğırdan qopması rəmzi, qurban ruhlarının ilkin materiya ilə qarışığından göydə “Kainat atı” yaratması mərasiminə işarədir. Söhbət, atı qurban kəsərək, ilkin materiyanı - göydə nəhəng at obrazında özünə tabe etməsindən gedir. Kosmosun canlı varlığa çevrilməsi zamanı xüsusi keçirilən bu ritual - qədim hind mənbələrindəki “Aşvamedxa” ritualıdır ki, buna “Şatapatxa braxmana”, “Tayttiriya samxita”, “Brixadaranyaka Upanişada” və s. kitablarda rast gəlmək olar. “Brixadaranyaka Upanişada” əsərində bu ritualın mənası belə açıqlanır; “Aşvamedxa”dakı qurbanlıq at kainat atıdır: “OM! Qurbanlıq atın başı – bu, səhərin açılması vaxtıdır. Onun gözü – bu, Günəşdir, onun nəfəsi- küləkdir… Qurbanlıq atın bədəni – bu, ildir, onun beli - Göy, qarnı - Göy sahələri, böyrü – dünyanın sahələri, sümükləri - ulduz, əzələsi - bulud, tükləri – ağac və s.-dir” (Упанишады, М.2000, səh. 70). Burada atı qurban kəsərək, kəsmə mərasimi dövründə keçirilən ritualdan söhbət açılır. Atın bədəninin müəyyən üzvləri söz vasitəsilə kainatın müəyyən sahələri ilə əlaqələndirilir. Nəticədə, göyləri təşkil edən ilkin materiya at rəmzində, “atın sahibinə” tabe olur və s.

Yazdıqlarımızdan belə çıxır ki, Şambala ölkəsi – göyləri özünə tabe edərək, orada canlı varlıq yaratmış Ra-Amon Allahının ölkəsidir. Mənbələrə görə bura eyni zamanda, bəşəriyyəti irəli aparan Böyük müdriklərin vətənidir. N. K. Rerix özünün “Nur saçan Şambala” əsərində qədim Azəriləri - böyük sirləri bilən “Böyük Azərilər” adlandırır və bildirir ki, bu sirlər insanlara açılacaq və bütün həyatı dəyişəcək (Н. К. Рерих, «Шамбала сияющая», сайт: http://www.theosophy.ru/lib/shambala.htm). Bu müdriklərin kimliyini bilmək üçün isə Baal/Vaal/Bel rəmzinin kimlərə aid edildiyini müəyyənləşdirmək vacibdir.

Bal/Baal/Vaal rəmzləri mənbələrdəki Ebla rəmzi ilə eyni mənalıdır. Araşdırıcılara görə eblalılar sonradan sutilərə çevrilərək, “Qərb adamları” mənasını verən amorey adını almışdılar. Amoreylər isə marlar, yəni midiyalılardır və biz onları – adlarının qarşısında “mir” yazıldığı seyidlər kimi tanıyırıq. Belə çıxır ki, mənbələrdəki amorey-sutilər elə bizim əmir, mir-seyidlərdir. “MR” rəmzi Misir piramidasını bildirirdi. Misirşünaslar “MR” rəmzini - “qalxma yeri”, “fironun göyə qalxması üçün metafizik odlu şar”, “Ba-nın qalxması”, “yaranış yeri və sonsuzluqda dirilmənin baş verdiyi İlkin dağ” və s. rəmzlərlə əlaqələndirirlər. Bütün bunlar Ra-Amon Allahının yaranışı və ərşə hakim olması ilə bağlı rəmzlərdir. “MR” rəmzi ilə bağlı olan və qədim Misirin digər adı sayılan Ta-Meri rəmzi isə - “Mer torpağı”, “sevimli torpaq”, “dirilmə torpağı”, “şumlanmış və qaldırılmış torpaq”, “İlahi kanallar torpağı” və s. kimi mənalandırılır (Алан Ф Эльфорд, Путь Феникса. Тайны забытой цивилизации, «Земля Мер», http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130). Bu isə o deməkdir ki, seyid-mirilərin göyə qaldırdığları “torpaq” elə Şambala ölkəsi mənasındadır.

Bal/Baal/Vaal rəmzi sufizmdə Vəli, Övliya kimi yazılır ki, islamda onlar İlahi ağıl sahibləri hesab olunurlar. Araşdırıcı R. Nikolson bu kateqoriyalı sufi müqəddəsləri haqda belə yazır: “Vəli, yəni müqəddəs, Kamil İnsanın kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi “birdən görmə”, “görülməyən və başa düşülməyən şeyləri görmə”, “hər şeyin aydınlaşması” (qamlıq vəziyyətində görmə mənasında) və s.-dən başqa bir şey deyildir”.Bu zaman “ağlın pərdəsi” gözlənilmədən qaldırılır və dərk edən “Mən” Allahın vahid İlahi nurunda yox olur” (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.276). Belə çıxır ki, müsəlman müqəddəsləri, adi insanlardan fərqli olaraq İlahi aydınlaşma ilə bağlıdırlar və Kamil İnsanın obrazı ilə yaradılmışlar. Lakin vəli, övliya [VL] rəmzləri sufizmdə vilayə, vilayət rəmzləri [VL/VLT] ilə eyni mənalıdır ki bu rəmzlər də Balaat kimi yazılaraq Baal, Vaal Allahına aid edilir və s.

Bütün bunlar o deməkdir ki, Şambala ölkəsi Azəri seyid-bəglərinin Alban dağlarının göylərində yaratdıqları ruhlar dünyasıdır – cənnətdir. Daha ətraflı məlumatlar, kitab və məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.