701-ci B R İ Q A D A 2 hissə

29-06-2015, 22:34           
701-ci B R İ Q A D A 2 hissə
DÜŞMƏN 60 MİN ƏHALİSİ OLAN KƏLBƏCƏR RAYONUNU MÜHASİRƏYƏ ALARAQ SOYQIRIM TÖRƏTMƏYƏ ÇALIŞIRDI. LAKİN LAÇIN DÖYÜŞLƏRİNDƏN HİSSƏ-HİSSƏ ÇIXARILSA DA, ÖZÜNÜ KƏLBƏCƏRƏ YETİRƏN 701-Cİ BRİQADA (1∕15 NİSBƏTİNDƏ GEDƏN) DÖYÜŞLƏRDƏ 400 HƏRBÇİ HƏYATINI FƏDA EDƏRƏK ƏHALİNİ SOYQIRIMDAN XİLAS ETDİ.
ERMƏNİ QƏSBKARLARININ SOYQIRIM ZƏNCİRİNİ KƏLBƏCƏRDƏ QIRARAQ CANLARINI FƏDA EDƏN QƏHRƏMAN OĞULLARIMIZ BUGÜN DƏ O TORPAQLARDA YATIR.
30.03.1993-cü ildə saat 10-00 da, Ermənistan Respublikası Azərbaycana müharibə elan etməmiş Ermənistan Respublikası ərazisindən 2–ci cəbhəni açıb və dövlət sərhəddini pozaraq Kəlbəcər rayonuna hücuma keçdi. Döyüş zamanı sərhəd dəstələri nə qüvvə, nə də vasitələrlə biri- birinə qarşılıqlı yardım edə bilmirdilər, yəni öz sərhəd məntəqələrini qoyub başqalarına kömək edə bilməzdilər.
Ermənilər üstünlük təşkil edərək 4 istiqamətdən hucum əməliyyatı aparırdı. Kəlbəcər rayonunun yer səthinin mühüm sahələrini, hakim yüksəklikləri və tuneli tutmuşdu.
30.03.1993-cü il tarixində “Kəlbəcər rayonunun əhalisinin təxliyyə edilməsi (köcürülməsi) haqqında” sabiq Respublika Prezidenti Əbülfəz Elçibəyin göstərişinə uyğun olaraq yerli əhalinin təxliyyəsi başlandı.
Təxliyyə zamanı Kəlbəcər rayonunun özünümüdafiyə tabоrunun əsgərləri, əhalisinin təxliyyəsinə cəlb olundular və daha müdafiə döyüşlərində iştirak еdə bilmədilər.
Bütün kommunukasiya yolları və yol bağlantılarında təşvişə düşmüş yerli əhalinin nəqliyyat vasitələri və əşyaları tıxaclar əmələ gətirdi. Bu tıxaclar öz növbəsində AMO-nun Kəlbəcər və Laçın rayonu ərazisində manevr imkanlarını tamamı ilə heçə endirdi.
30.03.1993-cü il tarixində, Bakı şəhərindən döyüş rayonuna vertaliyotla Kəlbəcərə döyüşmək üçün gətirilən döyüş hazırlığını keçməyən əskər dəstələri darmadağın edilərək yoxa çıxmışdır.
701-ci birqadanın bölmələri Müdafiə Nazirinin əmri ilə Laçın rayonunun mövqеləri tərk еdib, оnu təqib еdən düşmənin hücumlarını dəf еdərək, Kəlbəcər rayonuna qеri çəkilirdi.
31.03.1993-cü il günün sonuna düşmən Kəlbəcər rayon inzibati mərkəzi ətrafındakı hakim yüksəklikləri, Keçiliqaya-Comərd-Bağrlı-Qanlıgöl hüdüdunu və Laçın-Kəlbəcər marşrutu üzərindəki tuneli ələ keçirdi.
701-ci briqadanın mühasirəni yararaq əlverişli vəziyətdə olan hakim yüksəkliklərdə mövqeylənmiş düşmənlə, qeyri bərabər döyüşləri apararaq, döyüşün gedişini dəyişə, zəbt olunmuş Kəlbəcər rayonunun ərazilərini geri ala bilməzdi.
Bizim bir yeganə çıxış yolumuz var idi. Bu bir yeganə çıxışın özünü qurban verərək düşmənin irəlləməsini ləngidərək, əhalini evakuasiyası üçün vaxt qazan¬maq idi.
Bu variant döyüşün nəticəsini dəyiş¬məyəcəkdi. Fərq yalnız itkilərin sayı ola bilərdi.
701-ci briqada bacardığını elədi və özünü qurban verərək düşmənin irəlləməsini ləngidərək, əhalini evakuasiyası üçün vaxt qazanmışdır.
Laçın rayonundan çıxan 701-ci briqadanın bölmələri mühasirədə olan Kəlbəcər rayonda döyüşlərə qatılaraq, 400 nəfərə qədər itki verərək, rayon əhalisi təxliyə ediləndən sonra özüylə çıxarda bilməyəcəyi, döyüş və texnikanı məhv edərək həlak olanları torpağa tapşıraraq, iki həftə ərzində Tər-Tər və Daşkəsən rayonuna çıxıb Milli Ordunun sıralarına qatıldılar.
Azərbaycan Milli Ordusunun 701-ci briqanın əsgər və zabirləri bu döyüşlərdə mənəvi-psixoloji və fiziki dözümlülük, rəşadət, şücayət və qəhramanlıq nümayış etdirdilər.
Azərbaycan əsgəri isə həyatı və qanı bahasına Azərbaycanlıların Kəlbəcərdən təxliyyəsi üçün səkkiz sutka vuruşub, düşmənin mühasirəsindən çıxıb, geri çəkilib, hücum edib, son əlverişli mövqedə düşmənin irəlləməsinin qarşısını alıb.
Qəhramanlıq ondadır ki, bütün bu döyüşlər zamanı briqada idarəetməni, manevr imkanlarını, döyüş qabili¬yətini itirməyib, yenilməyib, əsgərdən tutmuş son rütbəli zabitə kimi, öz imkan və qabiliyyətləri çərcivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetirmişlər.
Briqadanın xeyli döyüşçüsü Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda döyüşərək şəhid olmuşdur.
701-ci briqadanın əsgər və zabitlərindən döyüşlərdə dözümlülük, rəşadət, şücayət və qəhramanlıq nümayış etdirdiklərinə görə 4 nəfər Azərbaycan Milli Qəhramanı adına, 11 nəfər Azər¬baycan Bayrağı ordeninə və 18 nəfəri hərbi qulluqçuların müharibədə göstırdiyi İgidliyə görə medalı ilə təltif edilmişlər.
Bu yazı forumda gedəın yazılar və bu döyüşlərin iştirtakçıları olan qazi vəı veteran qardaşlarımızın xatirələri əsasında yazılıb /ardı var/
Kəlbəcər r-n işğalıda iştirak edən güvvələr: ERM. Əsas qüvvələri

I - Şimal qruplaşması- “Ömər” aşırımı istiqamətində
Mardakert Rayon Qruplaşmasının = 1-2 TABOR
II – ÇAREKTAR istiqamətində:
MARTUNİ(Xocavənd)vəHADRUT R-n Qruplaşmaları:
Birləşmiş döyüş dəstələri. = 1-2 Tabor
Mərkəzi Təxribat Zərbə Qruplaşması = 1-2 Tabor
Ermənistan Resp. Könüllü Dəstələri
III – Nəriştar İstiqamətində:
Mardakert(AĞDƏRƏ) R-n Qruplaş-nınVƏNK = 1-Tabor
Ermənistan Resp. Könüllü Dəstələri = 1-2 Tabor
VI - QIRXQIZ İstiqamətində
ƏSKƏRAN Rayon Qruplaşmasının = 1-Tabor
V – Cənub istiqamətində
35, 53, 51- saylı Taborları = 3-Tabor
Ermənistan Resp. DİN-nin Daxili qoşunlarının = 1-2 Tabor
Ermənistan Resp. Könüllü Dəstələri = 1-2 Tabor

VI – Şimali-Qərb istiqamətində:
Erm. Resp. Şimal Qoşun Qruplaşmasının Hərbi Hissələri = 1-2 Tabor
Ermənistan Resp. Könüllü Dəstələri = 1-2 Tabor

teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.