Bəxtiyar Vahabzadə - görünməyən tərəfləri ilə…

30-08-2015, 13:32           
Bəxtiyar Vahabzadə - görünməyən tərəfləri ilə…
Nə qədər sadə və canayaxın görünsə də, adiyəsığmaz adam olub.

BÖYÜK ŞAİR?!

Ona sadəcə «böyük şair» demək, heç nə deməməkdir.

Axı, nədən-nədən, şairdən bol məmləkətik...

SALNAMƏÇİLƏR HÖKMDARI ÖYƏRLƏR...

Ona bir ənənənin, bir yaşanmış tarixin parlaq salnaməçisi demək, yenə heç nə deməməkdir.

Salnaməçilər hökmdarı başa çıxarar və xalqı, məmləkəti bəhanə edib, əslində həmin hökmdarı öyərlər.

KİM OLUB BƏXTİYAR VAHABZADƏ?

Bəs kim olub və kimdir Bəxtiyar Vahabzadə?

XX yüzilin 2-ci yarısından bəri bir xalqın danışan dili, çırpınan ürəyi, vicdanı, gizlətdiyi doğrusu?

Bəlkə birlik və qeyrət çırağı?

ALTERNATİV SÖZÜN DAŞIYICISI...

Bəlkə iddiadır, bəlkə həqiqətdir, amma Bəxtiyar Vahabzadə alternativ sözün, alternativ düşüncənin davamlı daşıyıcısı və bəlkə də, simvolu olub.

O üzdən bu «İz» onun olsun dedik və «Ulduzlar sönmür» radiodastanını hazırladıq.

ƏSL XALQ ŞAİRİ AZADLIQRADİOSUNDA

Beləliklə, avqustun 30-da saat 23-də AzadlıqRadiosunda əsl xalq şairi Bəxtiyar Vahabzadəni anadan olmasının 90 illiyində anacağıq.

Verilişdə Bəxtiyar müəllimi təkcə ədəbiyyatçılar yox, bütün sənət sahibləri fərqli yönlərdən tanıdacaqlar.

«İNSAN GÖYDƏ AY KİMİDİR...»

Özü demiş, «İnsan göydə Ay kimidir, görünməyən tərəfi var...».

Bəxtiyar Vahabzadə görünməyən tərəflərdən işıqlandırılacaq.
azadliq orq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.