Müharibə yolları.

4-09-2015, 12:18           

Müharibə yolları.

Mənə elə gəlir ki, bütün bəşəriyyət müharibələrinin yolları axırda birləşir. Ona görə yox ki, sən müharibəyə atdığın birinci addımın olan yerə qayıtmayacağına risk edirsən,Ona görə yox ki,sən o yoldan birdəfəlik qayıtmaya bilərsən.Ona görə yox ki, kecdiyin körpü partlatıb,sənə işıq verən işıq dirəkləri mərmilərdən sınıb,biraz qabağ dayandığın yol ayrıcında,sənin gəldiyin maşın atəş altında qalaraq yanır.

CÜNKİ SƏN ARTIQ QAYIDANDA BU YOLDA İLK ADDIMINI ATAN SƏN OLMAYACAQSAN!

Müharibə yolu cəhənnəm yoludur-bu yolda hec kimin vəzifəsi Allahdan başqa hec kim tərəfindən sona qədər təyin olunmayıb.

Ağdərənin girəcəyində durdum. Sol tərəf solmuş taxıllıq,sağ tərəfdə QAİ postu. Bir an kino kimi buranın savaşdan əvvəlki kinosu kec di gözümdən. Hektarlarla yerdə səpin səpib, gecə gündüz taxıl sulayan,al günün altında alaq vurub, sünbülə qulluq edən ,gündən yanan bənizini tənha cinarın altında gizlədən və sərin bulaq suyu ilə ,kənd penditini yuxaya bürüyən adi zəhmət adamı kecdi cızıqlarla dolu lent kimi.Tərtərdən gələn asfalt yolun girəcəyində QAİ postunda dayanım,burada az dayanan milissonerlərlə mırt vuranlar, avtobus dayanacağında sarı,gedəndə qoca yabı kimi sürünən PAZ avtobusunu gözləyənlər kecdi qırıq lent yazımdan. Bir də sakit bir məkanın gözəlliyi.
Başımı silkələdim. Başım gedir deyəsən mənim. Yoxdu o lentdə olanlar. Güheypəyə tərəfdən tozanaq qaldırıb,tırıltısı bura catan BMP nin üstündəki qırılmışların cığırtısı,taxıllıqda yanmış tank,avtobus dayanacağında tırtılları və motoru sökülmüş BMP. Həmən yol ayrıcı idi.
MÜHARİBƏ YOLUNUN AYRICI.

Hərdən mənə şair,yazıcı kimi baxanlar-mən nə şair,nə də yazıcıyam.

MƏN MÜHARİBƏ YOLUNUN YOLCUSUYAM.BU YOL İSƏ BİTMİR Kİ BİTMİR.

Zaman addımlayır, zamanın sahibi gəlmədiyinə görə,əlindən oyuncağı alınmı. MÜHARİBƏ UŞAQLARI hələ də oyuncağının qaytarılacağı ümidi ilə yaşlanır,qocalır və sonda OYUNCAQSIZ bu dünyadan köcərək,naməlum oyuncağın ola biləcəyinə əmin olmadığları bir dünyaya gedirlər.

O ZAMAN İSƏ.....

Ağdərə stadionunun qapıları önündə oturdum. Yorulmuşdum. İt iyi verən botinkalarımı cıxarıb ayaqlarıma baxdım. Yazıq və bədbaxt ayaqları. Siz nə qədər də dözümlüsünüz. Aylarla yuyulmayan,hər tərəfinə cirkin"qribok" yayılan,dırnaqlarını arası qara kir, barmaqlarının arası his,üstü Somali cocuqlarının bədəninə oxşar ,arıq cəlimsiz bir müharibə yolunun ayaqları. Dana gönündən hazırlanan carıq sonda cırılıb yox olursada ,siz dana gönündən də qeyrətli cıxıb məni daşıyırsınız.
Bu zaman başımın üstündən Fizulidən olan Qaybalının səsi gəldi:Aya a Komandır,Allahımıza and olsun elə bildim səni vuruflar, botinkalarını da cıxarıflar ki drofey eləyib aparsınlar. Ayə bu nə gündü? Özüyü bu torpağa niyə sürtüfsən ağrın alım.yaralısanmı?
Üzünə baxdım. Mırt tutmaq ücün hazır idi. Qınamadım. Böyük bir şəhərin alınmasında bir qırıq da olsa zəhməti olan bunun qəlbinin fərəhinə toxunmadım.
İcimdə isə -bəli yaralıyam ay Qaybalı,bu üstündə tırtıllar gəzən torpaq mənim torpağımdı. Üstünə şəhid qanı tökülən torpaq mənimdı. Nəsə bir sınıqlıq vardı o zaman icimdə. Küskünlük vardı. Bu başıpozuqluğun,bu Maxnoculuğun axırını yaxşı görmürdüm o zaman. Sonu pis olacağı elə bil gəlmişdi ürəyimə.Kaş ürəyim aldada idi məni o zaman.

İndi isə dünən yenə oturmuşdum Ağdərə stadionunun qabağında. Yolda . Qaybalını görmədim. Yox idi. Öz kəndlərinin qəbristanlığında uyuyurdu. Tırtıllar da yox idi.Ola da bilməzdı. Sadəcə indi Ağdərəyə Tərtərdən baxmaq olardı. Mən də yox idim. O yox idim. Oturan isə mənim kecmiş zamanda müharibə yollarında addımlayan əksim idi...
Atana lənət zəngli saat cıxardan.... Qayıtdım Ağdərədən-Ağdərəsiz reallığıma.......
Abuzər Əbilov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.