Bu icra başçısıda kreslosu ilə vidalaşmalı molacaq - İDDİA
19-10-2018, 14:42
Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxil olub.
Xəbəri verən qaynaq dia.az-a açıqlamasında bildirib ki, qərar yaxın günlərdə elan oluna bilər.
Qeyd edək ki, hazırda Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Arif Seyidov bu vəzifəyə 2006-cı ildə təyin olunub və o, vəzifəsində ən uzun müdətə qalan icra başçılarından hesab olunur.