Musa Pənahov ölkədən qaçır

12-10-2015, 11:12           
Musa Pənahov ölkədən qaçır
1 milyard sərvətə sahib prezidentin qızını alan oliqarx-məmur təhlükə altında.
Son günlər mətbuatda Azərbaycanın Nəqliyyat Nazirliyinə qarşı silsilə yazılar dərc olunur. Məlumatlara görə, yaxın vaxtlarda ölkədə Nəqliyyat Nazirliyi bir struktur kimi ləğv olunacaq.

Bu isə artıq qurumun rəhbər şəxslərinin böyük qorxusuna səbəb olub. İllərdir ki, ətrafına yüz milyonlarla ölçülən sərvət toplamış şəxslər həbs olunacağından ehtiyatlanaraq, ölkədən qaçmaq üçün imkan axtarırlar.

Anaxeber.com saytının məlumatına görə, belə məmurlardan biri də Nəqliyyat Nazirliyində mühüm mövqe tutan nazir müavini Musa Pənahovdur.

Bildirilir ki, 1 milyardlıq sərvətə malik Moldova eks-prezidenti Vladimir Voroninin qızını öz nəvəsinə alması ilə dövlətin diqqət mərkəzinə düşən Pənahov həbs olunacağından qorxur.

Məlumatlı mənbələr iddia edirlər ki, Voroninin öz nəvəsini Pənahovun oğluna verməsinə səbəb oliqarx-məmurun özünün də bir milyarda yaxın sərvətə sahib olması ilə əlaqədardır, hər halda eks-prezident, dünyanın ən varlı adamlarından birinin nəvəsi kasıb bir məmur oğluna ərə getməzdi.

Vladimir VoroninBəs azərbaycanlı oliqarxın oğlu Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladı ilə necə tanış olub? “İnfotag” və “Publika portallarına istinadən Rusiya qəzetləri yazır ki, gənclər ötən il Fransanın elitar kurort zonası olan Lacivərd sahillərdə tanış olublar. Moldovanın eks-prezidentinin nəvəsi Katerina Voronina atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir. O, Kişinyovda kollec bitirib, daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib. Ancaq hansı ölkədə oxuduğu açıqlanmır.

İzdivac baş tutduqdan sonra isə Pənahov boş oturmayıb və Azərbaycanda olan külli miqdarda sərvətini Moldovaya köçürməyə başlayıb.

Məmur-oliqarx moldovan qudasıyla əlbir olaraq, demək olar ki, bu ölkədə bütün biznes sahələrinə barmaq qoyub.

Sayt yazır ki, Pənahovun ölkədən qaçmağa hazırlaşmasının digər səbəbi onun adının Ərdoğan tərəfindən İlham Əliyevə təqdim olunan nurçu siyahısında ilk yerdə gəlməsidir.

O zaman hökumətdən mərhəmət diləyib bağışlanmasını istəyən, tövbə edən Pənahov istənilən vaxt nurçu keçmişinin xatırladılacağını, buna görə həbs olunacağını gözünün altına alıb.

Nurçuların “Hizmət” təşkilatının Azərbaycandakı əsas “hizmətçisi” yaxın aylarda ölkəni tərk etmək üçün gizli əməliyyata başlayıb. Oliqarx-məmur bütün addımlarını ehtiyatla və yalnız yaxın çevrəsi ilə məsləhətləşib atır. Artıq Pənahovun yüz milyonlarla ölçülən sərvətinin böyük hissəsi Azərbaycandan çıxarılıb və Moldovadakı biznesinə yatırılıb.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.