Əhliman Əmiraslanovun seçki taktikası - Adambaşı 50 manat

13-10-2015, 10:00           
Əhliman Əmiraslanovun seçki taktikası - Adambaşı 50 manat
65 saylı -Sabiraabad-Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov görüşə seçici gətirmək üçün pul xərcləməyə başlayıb. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.

Məlumatda deyilir ki, Əmiraslanovun Bakıdan gətirdiyi adamları yerli icra nümayəndələri və bələdiyyələrlə danışıq apararaq, görüşə adam gətirilməsini istəyirlər. Bunun üçün onlara hər nəfər üçün 50 manat pul təklif olunur. Və bildirilir ki, hər görüşə orta hesabla 50-60 nəfər adam gəlməli və 1-2 saat orada dayandıqdan sonra getməlidir.

Verilən məlumatda o da deyilir ki, hazırda sözügedən dairədə şıdırğı alver gedir. Yerli icra nümayəndələri ilə bələdiyyələr müntəzəm olaraq “dəstələr” hazırlayıb, Əmiraslanovla görüşə göndərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru