Səfər Mehdiyevdən Vüsal Novruzova zərbə - İDDİA
7-12-2018, 09:31

Teref.az- a məlumatlı mənbədən verilən məlumata görə DGK-nin sədri Səfər Mehdiyevlə keçmiş Bakı Gömrük idarəsinin rəisi Vüsal Novruzov arasında savaş qızışır. Mənbənin dediyinə görə (mediada gedən xəbərlərdə bunu təsdiq edir) energetik içkilərin gətirilməsi Vüsal Novruzovun nəzarətindədir və gələn ildən energetik içkilərə aksiz vergisinin tətbiqinə görə xüsusi hesablama aparılması yəni vergilərin qaldırılması buna aydın işarədir.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bəyan edib.
Teref.az olaraq onuda qeyd etmək istyirik ki, əvvəllər Səfər Mehdiyev və Vüsal Novruzov eyni komandada təmsil olunsalarda aralarında sərt mübarizə gedib.
Mediada gedən xəbərlrə görə DGK-nın sədr postuna ən şanslı namizəd Vüsal Novruzov sayılsada Səfər Mehdiyev onu qabaqlayıb. Bəzi məlumatlara görə DGK-nın kurasıyası Naxçıvan şefi Vasif Talıbova tapşırıldıqdan sonra onun seçimi Səfər Mehdiyev olub.
Mediada gedən xəbərlərə görə ikisidə Kəmaləddin Heydərova yaxınlıqları ilə seçilsələrdə DGK-nin şefi təzə posta keçən kimi köhnə komanda yoldaşlarını işdən çıxardıb.Düzdür onlar işsiz qalmayıb və çoxu FHN-də işlə təmin edilib.
Adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!
Teref.az