Kərəm Həsənovla Eldar Mahmudov arasında gizli sövdələşmə: “Alians”

8-11-2015, 23:47           
Kərəm Həsənovla Eldar Mahmudov arasında gizli sövdələşmə: “Alians”
Bu günlərdə poçtumuza Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla sabiq MTN naziri Eldar Mahmudov arasındakı əməkdaşlığı təsdiqləyəcək yeni və olduqca maraqlı informasiya daxil olub. Məlumata görə, məlum “MTN işi”ndən sonra sabiq nazirlə yaxınlığını ciddi-cəhdlə inkar edən, onunla hər hansı formada əməkdaşlıq etmədiyini iddia edən komitə sədri, əksər KİV-lərin iddia etdiyi kimi sabiq nazirlə bir çox ortaq layihələrin reallaşmasında birgə iştirak edib, dəyəri milyonlarla ölçülən projelərə imza atıb.
teref.az yazır ki, cumhuriyyet.az-a açıqlama verən mənbə K.Həsənovun E.Mahmudovla birlikdə həyta keçirdiyi layihələrin bir qisminin komitə sədrinə məxsus, Bakının Səbail rayonunda yerləşən “Alians” şirkəti tərəfindən reallaşdırıldığını bildirib: “K.Həsənovla sabiq nazir E.Mahmudov arasındakı çoxillik və sıx əməkdaşlığı sübut edəcək bir çox fakt var ki, bunlardan da biri komitə sədrinə məxsus olan “Alians” şirkəti və onun apardığı tikililərdir. Sadəcə, bir faktı qeyd edək ki, təkcə son illər ərzində bu şirkət tərəfindən E.Mahmudovla birlikdə iki nəhəng kompleks inşa edilib ki, bu komplekslərə məxsus ərazi K.Həsənova, maliyyə təminatı isə sabiq nazirə məxsus olub. Ümumiyyətlə, iş ortaqlarının Bakı və Bakıətrafı ərazilərdə inşa etdirdiyi yaşayış və qeyri-yaşayış kompleksləri adətən konkret iş bölgüsü əsasında ərsəyə gətirilib ki, bu bölgünün özü də olduqca maraqlıdır. Belə ki, razılaşmaya görə, tikinti üçün gərəkli olan ərazinin tapılması və sənədləşdirilməsi K.Həsənovun, onun başa çatması üçün gərəkli olan maliyyə resursunun təminatı isə E.Mahmudovun üzərinə düşüb”

Mənbə K.Həsənov və E.Mahmudov ikiliyi ilə yanaşı Prezident Administrasiyasında çalışan məmurlardan birinin də “Alians”ın layihələrində yer aldığını bildirib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Növbəti yazımızda:
1.Kərəm Həsənov və Eldar Mahmudova məxsus tikinti kompleksləri hansılardır və hansı ünvanda yerləşir?
2.Komitə sədri və sabiq MTN naziri ilə birlikdə ortaq layihələrdə yer alan, bu gün isə aydan arı, sudan duru kimi görsənməyə çalışan Administrasiya yetkilisi kimdir?
3. İnşa edilən yaşayış mənzillərinin bölgüsü hansı prinsip əsasında həyata keçirilib?
4.İş ortaqları diqqəti birgə əməkdaşlıqdan yayındırmaq və inşası milyonlar tələb edən kompleslərin arxasında məhz onların dayandığını pərdələmək üçün hansı üsullardan istifadəe dib?
5”Alians”ın maliyyə gücü və fəaliyyət proqramı ilə bağlı daha geniş məlumatı necə əldə etmək olar.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.