Azərbaycanda daha bir istirahət mərkəzində kütləvi zəhərlənmə: 17 nəfər xəstəxanaya YERLƏŞDİRİLİB

Bu gün, 09:28           
Azərbaycanda daha bir istirahət mərkəzində kütləvi zəhərlənmə: 17 nəfər xəstəxanaya YERLƏŞDİRİLİB
Kürdəmir rayonunda növbəti zəhərlənmə hadisəsi qeydə alınıb.

TEREF "Report"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Naftalan" istirahət mərkəzində baş verib.

Belə ki, rayonun Çərtəyəz kənd sakinləri istirahət mərkəzində qida qəbul etdikdən sonra evə yollanıblar.

Bu zaman evdə halı pisləşən biri uşaq olmaqla, 5 nəfər - Ülviyyə Hətəm qızı Məhərrəmova (1986), Güllü Xəyyam qızı Məhərrəmova (2008), Aydın Xəyyam oğlu Məhərrəmli (2009), Sənan Cavanşir oğlu Məhərrəmov və Zöhrə Mədət qızı Məhərrəmova (1993) dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru