Los-Ancelesdə sürücü avtomobili insanların üzərinə sürüb: Çox sayda xəsarət alan var VİDEO
Bu gün, 09:38
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində sürücü avtomobili bir qrup insanın üzərinə sürüb.
Hadisə Santa Monika bulvarında baş verib və nəticədə 20-dən çox insan xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şəhərin yanğından mühafizə xidmətindən məlumat verilib.
"İlkin qiymətləndirmələrə görə, azı 4-5 nəfər kritik vəziyyətdədir, 8-10 nəfərin vəziyyəti ağırdır, 10-15 nəfərin vəziyyəti isə qənaətbəxşdir", - məlumatda bildirilib.