Dünyanın ən sürətli skuteri: "Bugatti Veyron"u üstələyir

Bu gün, 09:26           
Dünyanın ən sürətli skuteri: "Bugatti Veyron"u üstələyir
Böyük Britaniyanın premium elektrik skuterləri istehsalçısı "Bo" dünyanın ən sürətli elektrik skuteri olduğu iddia edilən "Turbo" adlı yeni modelini təqdim edib.

Oxu.Az "Carthrottle"a istinadən xəbər verir ki, yeni məhsul artıq Qudvud trasında sınaqdan keçirilib və burada peşəkar idmançı Tre Uayt onu 137 km/saat sürətinə çatdırıb. Növbəti addım isə 160 km/saat həddini keçməklə rekord vurmaqdır.

Skuter ümumi gücü 24 kilovat (32,6 at gücü) olan iki elektrik mühərrikinə malikdir. Tərtibatçılar prototipin çəkisini dəqiqləşdirməsələr də, iddia edirlər ki, o, xüsusi gücə görə hər ton üçün təxminən 530 metrik at gücünə malik "Bugatti Veyron" hiperkarını üstələyir.

Həmçinin "Turbo" 1,8 kilovat-saat tutumlu akkumulyatorla təchiz olunub və onun tam doldurulması ilə skuter 240 kilometrdən çox məsafə qət edə bilər.

Testlər başa çatdıqdan sonra "Bo Turbo"nun 29 500 dollara məhdud seriyada buraxılması planlaşdırılır. İlk nüsxə gələn il Madriddə alıcısına göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru