Səhiyyə Nazirliyinindaha tender müəmması: Ucar RMX-da nəyə görə bu şirkət?
17-07-2019, 02:54
Ucar rayon Mərkəzi Xəstəxanasının 2018-ci ildə elan etdiyi bütün satınalmaların qalibi bir şirkət olub.
Bu – ölkənin «tender çempionu» sayılan «İnpeks N» MMC şirkətidir. Qeyd edək ki, sözügedən şirkət indiyədək biinməyən səbəblərə görə, dövlət tenderlərini ən çox qazanan biznes strukturdur.
Dövlət qurumlarının böyük əksəriyyəti satınalmalarla bu şirkəti qalib elan edirlər. Ucar Mərkəzi Xəstəxanası da istisna olmayıb. Teref.az xəbər verir ki, 2018-ci ildə xəstəxana müxtəliə məqsədlər üçün elan etdiyi 9 alış zamanı 471 min manat satınalma həyata keçirib və bütün tenderlərin qalibi «İnpeks N» MMC şirkəti olub.