Xaçmazda “paqonluların” obyekt davası – ŞOK OLAY
4-12-2015, 09:22
Xaçmazda rayonunda sahibkarların narazılığı ilə bağlı məlumat vermişdik. “Xaçmaz Rayon İcra Hakimiyyəti təşvişdə – sahibkarlar şikayətə hazırlaşır” başlıqlı yazıda bildirmişdik ki, rayonda fəaliyyət göstərən bəzi sahibkarlar Baş Prokurora şikayət edərək ondan kömək istəmək niyyətindədir. Rayonda sahibkarların durumu ilə bağlı cumhuriyyet.az-a yeni məlumatlar daxil olub.
Bu məlumatlara görə rayon sahibkarlarının incidilməsində, hətta onların bəzilərinə “aylıq tavan” kəsilməsində rayonun yüksək rütbə mənsubları olan paqon sahibləri xüsusi aktivlik göstərir. Bütün bunlarla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə bu proses əsasən polis və MTN arasında bölüşdürülüb. Amma son olaylardan sonra bu bölgü pozulub və məlum qurumun nüfuzdan düşməsi, eyni zamanda rayonda bu qurumun rəhbərinin xeyli gənc olması digər tərəfi aktiv vəziyyətə gətirib.
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə iki mühüm struktur arasında baş vermiş son qalmaqal xüsusilə diqqət çəkir. Belə ki, bir neçə gün öncə bu orqanlardan birinin Ruslan adlı əməkdaşı dənizə çıxan qayıqlarda qaçaqmal yoxlanışı üçün reyd keçirib. Bundan xəbər tutan ikinci qurum öz monopoliyasında olan bu sahəyə rəqibinin əl qoyaraq haqq qoyduğunu düşünüb və rəhbərin sürücüsü əraziyə göndərilib. Burda isə açıq qarşıdurma baş verib.
Xaçmazda iki güc strukturunun əhali və özlərinin arasındaakı münasibətlər barədə silsilə yazılarımız davam edəcək. Bizi izləyin…