“Əməkdar memar” Akif Əliyevin aqibəti sual altindadır: Abşeronda kim güdazə verilir?

20-12-2019, 10:45           
“Əməkdar memar” Akif Əliyevin aqibəti sual altindadır: Abşeronda kim güdazə verilir?
Son günlər rüşvətxor məmurlara qarşı aparılan amansız mübarizə cəmiyətimiz tərəfindən alqışlanır.

Ağstafa RİH başçısl Nizaməddin Quliyev və onun dəstə üzüvlərinin DTX tərəfindən rüşvət alarkən həbs edilməsi sözünhəqiqi mənasında bir çox korrupsiyaya bulaşmış məmurlara sanki həyacan siqnalı verdi. Təbii ki, adı hallanan şəxs prezidentin səlahiyyətli nümayindəsi və bütün hallarda etimadı doğrultmaq üçün səylər göstərməli idi.

Lakin gedişat sübüt etdi ki, prezidentin etimad göstərdiyi məmurlar xalqa xidmət etrmək əvəzinə öz şəxsi maraqlarını güdür. Ötən yazılarımızda daha bir neçə rüşvətxor məmur haqda geniş məlumatlar vermişdik. DTX-nın bir əməliyyatı kifayət edir ki, Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyevin bütün əməllərini ifşa etsin. Abşeron rayonunda yaşayan və fərdi ev tikdirən vətəndaşlar iddi edirlər ki, A. Əliyev heç kimdən çəkinmədən tabeçiliyində olan əməkdaşları vasitəsi ilə fərdi ev tikdirmək istəyən vətəndaşlardan rüşvət tələb edir. Yəni, tələb olunan rüşvət verilmədiyi halda tikinti ya dayandırılır, ya da A. Əliyevin qoçuları tərəfindən uçurulur.

Kimdir Akif Əliyev?

Ölkə başçısı vətəndaşların firavanlığı naminə bütün vasitələrdən istifadə etdiyi bir zamanda Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyev prerzidentə qarşı çıxır. Vətəndaşlarla kobud davranmaq, onlara qarşı zor tədbiq etmək birbaşa prezidentə qarşı çıxmaq deyilmi? Axı, preziden çıxışlarında vurğulayır ki, məmur xalqa xidmət etməlidir. Hansı haqla A. Əliyev rüşvət verməyən vətəndaşı təhqir edir, qoçuları isə vətəndaşlara bədən xəsarəti yetirir. Maraqlı məqalrdan biri kimi qeyd edək ki, adı hallanan şəxs vəzifədən sui-istifadə edərək özünü toxunulmaz hesab edir. Əlbətdə ki, A. Əliyevə qarşı iradlar haqlıdır və Abşeron rayonunda yaşayan sakinlər onun həbsinin tezliklə gündəmə gələcəyi günü səbirsizliklə gözləyir.

Rüşvətxor məmurlara qarşı tənqidi yazılarımıza cavab olaraq, Abşeron RİH hüquq şöbəsinin əməkdaşları redaksiyamızla əlaqə saxlayaraq qarşı tərəf kimi mövqe bildirmək əvəzinə, bizi məhkəmə sdərinə rüşvət verməkdə ittiham edir. Dosye.org olaraq bildirmək istəyirik ki, bizim nə rüşvət verməyə imkanımız, nədə məhkəmə sədrinin qətnaməsinə müdaxilə etmək səlahiyyətimiz var. Ən azından bizə yönələn ittihamlar hədədir və bizi mübarizədən kənarlaşdırmaq üçün planlanşdırılmış şantajdır. Abşeron icra hakimiyyətinin səlahiyyətli nümayindələrinə bildirmək istəyirik ki, Akif Əliyev və qoçuları vətəndaşlara divan tutur. Əgər doğrudanda yazdıqlarımız böhtan və uydurmadırsa, nə üçün “əməkdar memar” ona qarşı rüşvət ittihamını qəbul edir? Deməli, məhkəməyə müraciət edəcəyi təqdirdə vicdanı qarşısında tab gətirə bilməyəcək.

Dosye.org-ın digər bir məlumatına görə, Ağstafa RİH başçısl Nizaməddin Quliyev və onun dəstə üzüvlərinin DTX tərəfindən həbs edilməsi bir çox məmurları qəflət yuxusundan oyatdı. Əldə etdiyimiz son məlumatlara görə, həbs dalğası bundan sonrada davam edəcək. Araşdırmalarımız davam edir…
dosye.orğ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.