Büdcəni soymağın ən asand yolu:BNA bir yol nişanını 1840 manata rəsmiləşdirib - Fantastik qiymətlər

28-12-2019, 18:47           
Büdcəni soymağın ən asand yolu:BNA bir yol nişanını 1840 manata rəsmiləşdirib - Fantastik qiymətlər
Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanı dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.

Teref.az Marja.az-a istinadən xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də "MG Construction” MMC-yə verilib.

Müqavilənin ümumi dəyəri 920 min manatdır.

Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru