Deyək ki, seçildi, adam bir mandata gorə o qədər biznesini buraxacaqmı?

29-12-2019, 05:29           
Deyək ki, seçildi, adam bir mandata gorə o qədər biznesini buraxacaqmı?
Teref.az yazır ki, məşhue araşdırmaçı jurnalist Cavanşir Həsənli YAP-ın namizədlər siyahısını araşdıraraq maraqlı məqamlara toxunub. Cavanşir bəyin araşdırmasını təqdim edirik:
YAP namizədlər siyahısına bəribaşdan bir quş.
Siyahıdakı "yeni simalar"la tanış olmağa başlamışam. Bəzilərini arxivdən çıxarıblar. Məsələn, 29 saylı Səbayel seçki dairəsindən namizədliyi irəli sürülmüş Xatirə Cabbarova 2015-ci ildə də YAP-ın siyahısında idi. Salahzadə Əliabbası da bilirsiniz, iyirmi neçənci həcc rekordunu qırmış keçmiş deputat Hacı Qalibin icra hakimiyyətində işləmiş oğludur. Bakı Tikiş Fabriki ASC-nin 2010-cu ildə YAP-ın siyahısında yer almış sədri Fidail Rəhimovun oğlu Elnur Rəhimov 10 il sonra atasını əvəz edir.
Bir iş adamı da var, bu yaxınlarda onun Hacıbala Abutallbovun qardaşı oğlu ilə İstanbulda şərikli biznesi haqqında dəyərli həmkarım Hafiz Babalı yazmışdı.
Məşhur Minera şirkətlər qrupunun sahibidir, özünü Xudu Rzayev kimi təqdim edir. Amma siyahıda adı Xudaqulu Rzayev Əhəd oğlu kimi göstərilib.
1996-cı ildə İlandağ-SA şirkətini təsis edib, daha sonra “Baytaş-Bakı”, Qaranti İnşaat, “Dəniz” Bağça və 2011-ci ildə “Evrika” liseyi müəssisələrini təsis edib.
2012-ci ildə şirkətlərini “Minera” şirkətlər qrupu adı altında bir araya gətirib.
Konkret bu şəxsin timsalında vasib sual nədir? Deyək ki, seçildi, adam bir mandata gorə o qədər biznesini buraxacaqmı?
Cavabı bəlli sualdır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru