ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovunda xaricdə şirkətləri aşkar olundu- FOTOFAKT

29-12-2019, 20:17           
ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur  Süleymanovunda xaricdə şirkətləri aşkar olundu- FOTOFAKT
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli araşdırmalarını davam edir. Bu dəfə onun araşdırmaları ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanovla bağlıdır. Cavanşir bəy yazır:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib.



Daha sonra teref.info yazır ki, Cavanşir bəyin yazdığına görə, NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb.

Şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.
1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra "Allianz" şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.
2014-cü ildə Rusiyada fəaliyyət göstərən "СОГЛАСИЕ" ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.
2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.

Teref.az olaraq Cavanşir bəyin araşdırmaları nəticəsində işıq üzü görən faktlarla bağlı qarşı tərəfin fikirlrini dinləməyə hazırıq!
Teref.az


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.