Qarabağ qazisinin atası döyülüb xəstəxanalıq edildi - Əlikram Hümbətovun Biləsuvardakı qoçu məmuru tərəfindən

29-12-2019, 01:18           
Qarabağ qazisinin atası döyülüb xəstəxanalıq edildi - Əlikram Hümbətovun Biləsuvardakı qoçu məmuru tərəfindən
Cəlilabad rayonunda aprel döyüşləri zamanı ölümcül yaralanan hərbiçi İsmət Məmmədovun atası məmur tərəfindən döyülüb.

Bu barədə İxa.az-a döyülən Mehman Məmmədov özü məlumat verib.
Beləki, M.Məmmədovun sözlərinə görə, Biləsuvar rayon su-kanal idarəsinin rəisi Zaur Məmmədov rayonun Sabirabad kəndi ərazisində onun qarşısını kəsərək hücum edib: "20 ildir Zaurun əlindən zülm çəkirik. Noyabrın 24-də isə mənə qarşı etdiyini bağışlayan deyiləm. Həmin gün oğlumun yanına gedirdim, meyvə satılan yerdə dayandım. Maşının qarşıma verərək saxladı, nalayiq söyüşlər söydü. Sonra mənə zərbələr vurmağa başladı. Heç heyvanı belə vurmazdılar, məni elə döyürdü".

Şikayətçi İxa.az-a onuda bildirib ki, oğlu 7 il gizir kimi xidmət edib. Aprel döyüşləri zamanı Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb. 1 il Hərbi Hospitalda müalicə olunub. Bədənində 86 tikiş var.

"Oğlum hospitaldan çıxandan sonra keçmiş başçı Əziz müəllim veteranlar evin oğluma verib ki, işləsin. Zaur ora su çəkilməli idi. Çəkmədi, ordan çıxarıb Biləsuvara göndərdilər. Hər gün sərxoş halda qarşımızı kəsib bizi təhqir edir. Azərsu rəhbərliyinə teleqram vurmuşam ki, belə insanları niyə işlədyir, amma hələdə cavab yoxdu?

Z.Məmmədov Əlikram Hümbətov və Naib Məmmədovla fotoları nəyə işarədir?

Qazinin atası daha sonra əlavə etdi ki, Z.Məmmədov əvvəllər Əlikram Hümbətovun dəstəsində olub, onun müavini Naib Məmmədovla şəkilləri də var: "Azərbaycan dövlətinə və hakimiyyətinə xəyanət edib,"Talış Muğan respublikası" qurmaq istəyən xain terrorçu dəstənin önəmli adamı sayılan Zaur Məmmədov Qarabağda yaralanmayıb. Sonradan özünə saxta veteran vəsiqəsi düzəltdib. Hamıya özünü Qarabağ döyüşlərində yaralanan şəxs kimi təqdim edir, amma mən dəqiq bilirəm ki, o müharibədə deyil, avtomobil qəzasında xəsarət alıb. İndidə saxta ad altında qoçuluq edir.O Cəlilabad "Aztelekom"da və rayon su-kanalzasiya idarəsində rəhbər işlədiyi vaxtlarda da icra başçısına və digər vəzivəli şəxslər barədə, mediada özünəoxşar araq dostlarıına beş-on manat verərək "qara piar" la məşğul olub,"

Zaur Məmmədov icra başçısına niyə düşmən kəsilib?

Aprel qazisi İ.Məmmədov isə bildirdi ki, icra başçı ona əkin üçün torpaq verib və bunu Z.Məmmədov həzm etmir: "Onun mənə torpaq verilməsi bunu hiddətləndirib. Keçmiş başçı Əziz müəllim mənə taxıl əkmək üçün 2 hektar torpaq vermişdi. Zaur kəndi ayağa qaldırmaq istəyirdi ki, torpaq məndən alınsın. Hər dəfə mənlə rastlaşanda söyüşlər söyürdü. Bir-iki həftə əvvəl zəng edib təhqir etdi. Noyabrın 24-də isə Sabirabad kəndinə girəcəkdə atamı döyüb. Atama deyib ki, sənin oğlunu erməni öldürməyib, mən öldürəcəm. Atam baş və bədənindən xəsarət alıb, daxili orqanları ağır zədələnib. Həkim rəyində də bu göstərilib."

Qeyd edək ki, Aprel qazisi İ.Məmmədov baş vermiş hadisə ilə bağlı prezident İlham Əliyevdən, Daxili İşlər naziri Vilayət Eyvazovdan, Baş Prokuror Zakir Qaralovdan və DTX-nın rəisi Əli Nağıyevdən kömək istəyir. Aprel qazisinin son tələbi və xahişi isə onun atası, Əlikram Hümbətov və Naib Məmmədovun ən yaxın silahdaşı Zaur Məmmədov tərəfində döyülüb, ağır təhqirlərə məruz qoyulmasını nəzarətə götürüb, qanunun tələblərinə uyğun qoçu məmura cəza verilməsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.