Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan pul paylayıb - İDDİA

4-01-2020, 11:35           
Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan pul paylayıb - İDDİA
“46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır”.

Demokrat.az-ın xəbərinə görə, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

C.Həsənli qeyd edib ki, R.Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur

Jurnalist iddia edib ki, Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini “Yeganə” şadlıq sarayına toplayıblar və 100 manat “şirinlik” paylayıblar: “Bu işi də Şirvan Şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, “seçilib”. Məncə, Rəşad Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı…”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru