Göyçayda Sabir Hacıyevə etiraz: seçicilərə hörmətsizlik və…

4-02-2020, 20:27           
Göyçayda Sabir Hacıyevə etiraz: seçicilərə hörmətsizlik və…
88 saylı Göyçay seçki dairəsindən deputatlığa namizəd Sabir Hacıyev daha 5 il “ağzına su alıb oturmaq” üçün mandat almağa hazırlaşır.

Reportyor.info-nun araşdırmasına görə, bir neçə ay qabaq Avropa və Amerikada biznesi üzə çıxmış S.Hacıyevin namizəd olduğu dairədə ona uduzdurmaq üçün öyrədilmiş, təlimatlandırılmış rəqiblər var.

88 saylı Göyçay seçki dairəsində “APAMARK” MMC-də bölgə müxbiri Şahnəzər Bəşirov, işsiz Rəvan Əhmədov, sahibkar Teyyub Hüseynli deputat olmaq “arzusundadır”lar.

Hətta Göyçay xəstəxanasında baş direktor müavini Ləman Hacıyeva, təqaüdçü Qadir Məmmədov, vəkil Qalib Məmmədov da S.Hacıyevə alternativdirlər.

Uşaq Gənclər Mərkəzində Həcərxanım Məmmədova, QHT üzvü Samirə Mustafayeva, “Zaman LTD” işçisi Famil Sadıqov deputatlığa iddialıdır.

Gələn məlumatlara görə, S.Hacıyev ayağını-ayağının üstünə aşırıb, 9 fevralı gözləyir. O, arxayınlaşıb ki, mandat hədiyyə şəklində ona veriləcək.

Odur ki, nə seçicilərlə görüşür, nə plakatları yapışdırılır, nə təbliğat kampaniyası aparır. Göyçaylı seçicilər isə onların dərdinə yanan, problemlərinə biganə olmayan, rayon üçün iş görən, xeyrinə-şərinə yarayan deputat görmək istəyirlər.

İcra başçısı sarıdan onsuz da bəxti gətirməyən göyçaylılar deyirlər ki, Sabir Hacıyevin təzədən deputat təyin olunması Milli Məclisin buraxılması ilə uyğun gəlmir.

Çünki prezidentin də dediyi kimi, deputat aktiv olmalıdır, camaatla maraqlanmalıdır, ictimai nəzarətin təmin edilməsində fəallıq göstərməlidir. S.Hacıyev isə hər 5 ildən bir seçkiqabağı peyda olur. Bu dəfə isə ümumiyyətlə, seçicilərlə görüşü təşkil olunmayıb.

Qeyd edək ki, Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi Mərkəzi Amerikadan tutmuş İngiltərə və Maltadaya qədər uzanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru