34 saylı Xətai İkinci Seçki Dairəsindən namizəd xanım seçkilərdə qanun pozuntularını ifşa etdi - FOTO/VİDEO

11-02-2020, 03:39           
34 saylı Xətai İkinci Seçki Dairəsindən namizəd xanım seçkilərdə qanun pozuntularını ifşa etdi - FOTO/VİDEO
Teref.az yazır ki, 34 saylı Xətai İkinci Seçki Dairəsindən deputatlığa namizəd Vəsilə Hacıyeva sosial şəbəkədə müraciət yayıb.
Seçki zamanı baş verən qanun pozuntlarından bəhs edən paylaşımı təqdim edirik:
Vəsilə HacıyevaПодписаться
39 мин.
İCTİMAİYYƏTİN DİQQƏTİNƏ!
34 saylı Xətai İkinci Seçki Dairəsinin nəticələrinin ləğvi üçün hüquqi əsaslar mövcuddur.

09 fevral 2020-ci il Milli Məclisə seçkilərdə 34 saylı Xətai İkinci Seçki Dairəsinin bütün seçki məntəqələrində seçkilərin nəticələrinə təsir edəcək seçki pozuntuları baş verib. Həmin pozuntular müxtəlif müşahidəçilər tərəfindən sənədləşdirilib. Həmçinin bəzi seçki məntəqələrindən müşahidəçilər tərəfindən əldə edilmiş protokollarla MSK-nın rəsmi saytında qoyulmuş protokollar arasında kəskin ziddiyyətlər var (iştirakçılıq və M.Zabelin lehinə səslər artılırb). Bu faktlar 34 saylı Xətai İkinci Seçki Dairəsinin nəticələrinin ləğvi üçün yetərli hüquqi əsaslar yaradır. Bununla əlaqədar sabah gün ərzində müvafiq hüquqi şikayətlər veriləcək. Xahiş edirəm ki, ictimaiyyət və mətbuat diqqətini bu seçki dairəsinə ayırsın (aşağıda bəzi sübutlara dair fotolar əlavə edilir).
Aşağıdakı seçki məntəqələrinin müşahidəçilərə təqdim edilmiş protokolları ilə MSK-nın elan etdiyi protokollar arasında uyğunsuzluqlar mövcuddur.
1 saylı seçki məntəqəsi üzrə:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (7-ci bənd) – 101
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (7-ci bənd) – 627
2 saylı seçki məntəqəsi üzrə:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (7-ci bənd) – 79
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusundakı bülletenlərin sayı (7-ci bənd) – 428
3 saylı seçki məntəqəsi üzrə:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (7-ci bənd) – 86
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusundakı bülletenlərin sayı (7-ci bənd) – 379
4 saylı seçki məntəqəsi üzrə:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (7-ci bənd) – 112
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusundakı bülletenlərin sayı (7-ci bənd) – 477
20 saylı seçki məntəqəsi üzrə:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (7-ci bənd) – 267
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusundakı bülletenlərin sayı (7-ci bənd) – 639
30 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (10-cu bənd) – 65
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (10-cu bənd) – 449
35 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (10-cu bənd) – 118
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda olan bülletenlərin sayı (10-cu bənd) – 487

Mixail Zabelinə verilmiş səslər üzrə protokollar arası uyğunsuzlar aşağıdakı kimidir.
1 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 14
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 238

2 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 15
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 138

3 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 12
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 149

4 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 24
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 190

18 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 79
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 113

20 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 73
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 267

30 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 13
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 102

35 saylı məntəqə üzrə namizədlərin aldığı səslər arasında fərqlər mövcuddur:
Müşahidəçilərə təqdim edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 26
MSK tərəfindən elan edilmiş protokol üzrə seçki qutusunda çıxmış M.Zabelinə verilmiş səslərin sayı (10-cu bənd) – 226

5 saylı seçki məntəqəsi üzrə topa bülleten atılması halı müşahidə edildi.
13 saylı seçki məntəqəsində bülletenlər səsvermə otağından kənarda qapalı otaqda saxlanılıb və DSK sədri Rafail Mehdiyev həmin otaqdan çıxıb. Namizəd V.Hacıyevanın bülletenlərin masanın üzərində olması iradına cavab bildirib ki, bülletenlər başqa otaqda saxlanıla bilər.
18 saylı seçki məntəqəsində 467 nəfər hərbçi kursantın adları əlavə seçici siyahısına daxil edilərək səs verdilər.
21 saylı seçki məntəqəsində müşahidəçi tərəfindən çəkilmiş qaralama protokolun fotosuna əsasən etibarlı səslərin sayı 115 ədəddir. Bu rəqəm MSK-nın elan etdiyi 487 rəqəmi ilə ziddiyyət təşkil edir.
23 saylı seçki məntəqəsində müşahidəçi tərəfindən çəkilmiş qaralama protokolun fotosuna əsasən etibarlı səslərin sayı 109 ədəddir. Bu rəqəm MSK-nın elan etdiyi 572 rəqəmi ilə ziddiyyət təşkil edir.
24 saylı seçki məntəqəsində müşahidəçi tərəfindən çəkilmiş video görüntüyə əsasən seçki qutusuna atılmış bülletenlətin kəsilmiş sol künclərinin sayı 57 ədəddir. Bu rəqəm MSK-nın elan etdiyi 482 rəqəmi ilə ziddiyyət təşkil edir.
Müşahidə edilmiş bütün seçki məntəqələrində ağlama protokolları səsvermə otağından kənarda və müşahidəçilərin nəzarəti altında olmadan dolduruldu. Müşahidəçilərin etirazlarını nəzərə almadılar.
15 saylı seçki məntəqəsində MnSK sədri protokolu verməkdən imtina etdi. MnSK sədri halının pisləşdiyini bəhanə gətirdi.
16 saylı seçki məntəqəsində MnSK sədri protokolu verməkdən imtina etdi. MnSK sədri halının pisləşdiyini bəhanə gətirdi.
17 saylı seçki məntəqəsində MnSK sədri protokolu verməkdən imtina etdi. MnSK sədri halının pisləşdiyini bəhanə gətirdi.
19 saylı seçki məntəqəsində protokol müşahidəçilərə təqdim edilməyib. Seçki məntəqəsinin sədri MnSK möhürünün itdiyini bildirib.
21 saylı seçki məntəqəsində protokol müşahidəçilərə təqdim edilməyib. MnSK sədri halının pisləşdiyini bildirib. Katib və digər üzvlər protokolları verməkdən imtina edib.
22 saylı seçki məntəqəsində MnSK sədri protokolu verməkdən imtina etdi.
23 saylı seçki məntəqəsində MnSK sədri protokolu verməkdən imtina etdi.
24 saylı seçki məntəqəsində MnSK sədri protokolu verməkdən imtina etdi.
Bütün seçki məntəqələrində seçki qutularının dəliyi nəzərdə tutulmuş standartlardan böyük idi.
Seçki məntəqələrində müşahidəçilərə maneə oldular.
Yuxarıda sadalanan faktların əksəriyyəti, xüsusilə müşahidəçilərə verilmiş protokollarla MSK-nın protokolları arasında ziddiyyətlər Seçki Məcəlləsinin 170.2.1 və 170.2.2-ci maddələrinə əsasən 34 saylı Xətai İkinci Seçki Dairəsinin nəticələrinin etibarsız sayılaraq ləğv edilməsi üçün hüquqi əsaslar yaradır.
Xahiş edirəm ki, ictimaiyyət və mətbuat diqqətini bu seçki dairəsinə ayırsın (aşağıda MSK-nın rəsmi protokolları ilə 8 seçki məntəqəsi üzrə imzalı protokolların fotoları əlavə edilir; digər foto və videoları da paylaşacağıq).




































Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.