Hacı Qalibin oğlunu belə "qalib" ediblər - Video

11-02-2020, 17:35           
Hacı Qalibin oğlunu belə "qalib" ediblər - Video
27 saylı Sabunçu ikinci seçki dairəsinin 34 saylı məntəqəsində ciddi qanun pozuntuları baş verib...

Hüquqşünas Ələsgər Əhəmədoğlu bununla bağlı video paylaşıb.

"MSK sədri Məzahir Pənahov deyir ki, ciddi pozuntu olmayıb. Baxın, diqqətlə baxın. Sizin seçki idarəçiləriniz yaxşı məşq etməyibmiş... Bu video 27 saylı Seçki Dairəsinin 34 saylı məntəqəsində baş verir" - deyə hüquqşünas bildirib.
Məntəqədə baş verən pozuntuları təqdim edirik:

Qutular səsvermə otağından başqa otağa aparılır. Bu qanun pozuntusudur.
2. Qutular səsvermə otağından kənarda açılır, hansı ki, öncədən masalarn altı bülletenlə doldurulub və üstü qırmızı örtüklə örtürüb.

3. Qutuların üstündəki kilidin nömrəsi oxunub, elan edilmir

4. Ən əsası qutuları zorla masanın üstünə yox, altına boşaltmağa cəhd edirlər və müşahidəçilərin sayıqlığı nəticəsində məlum olur ki, yerdə masa arxasında məhz MSK-nın protokollarında əks olunan "qalib namizədin" 360 səsi gözləyir.

Bu cinayət faktları üzrə dərhal cinayət işi başlamalıdır:(afn.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru