FHN-in təqdimatında Qəbələdə daha bir tender tamaşası
17-05-2020, 17:00
Qəbələ rayon İcra Hakimiyyəti həmişəki kimi bu dəfə də dövlət sifarişlərini Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın adamının şirkətinə həvalə edib. İcra Hakimiyyətinin Qəbələ şəhər Ərazi Nümayəndəliyinin 3 lot üzrə elan etdiyi tenderlərin "qalibi" "QƏBƏLƏ İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub. Sözügedən şirkət 2018-ci ilin aprelində qeydiyyata alınıb, qanuni təmsilçisi Fövqalada Hallar Nazirliyinin Şimal Qərb Regional Mərkəzinin rəis müavini Babayev Ceyhun Fizuli oğlunun qardaşı CAVİD BABAYEV FİZULİ oğludur. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev vaxtilə həmin mərkəzdə işləyib. Beləliklə Qəbələdə Mənzil fonduna aid yaşayış binalarının küçə, səki, park, xiyabanların əsaslı təmiri adı altında dövlət büdcəsindən 848.838,08 manat FHN komandası tərəfindən "xərclənəcək". Cavanşir Həsənli