Neftçalada balıqçılar magistral yolu bağladı-Etiraz

8-01-2016, 15:24           

Bu gün səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan magistral yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçiriblər.

Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər ETSN tərəfindən balıq ovuna buraxılmamalarına etiraz ediblər.

Hadisə yerinə gələn Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları danışıqlardan sonra aksiya keçirənlər avtomobil yolunu açsalar da, dağılışmayıblar.

Hazırda etirazçı balıqçılarla ETSN-in hadisə yerinə gəlmiş nümayəndələri arasında danışıqlar aparılır.(nia.az)

Uluyol.info olaraq məsələni araşdırmağa çalışdıq.Belə ki,Neftçala rayonunda Kür çayının,Xəzər dənizinin və bir çox çay hövzələrinin olması burada balıqçılıqla məşğul olmağa şərait yaradır.Amma rayon ərazisində dolanışığın balıq tutmaqla düzənləyən insanlara şərait yaradılmır.


Xatırladaq ki,bu rayon ərazisində dəfələrlə balıqçılıqla məşğul olan insanlara təzyiq göstərilmişdir.Belə faktlardan, rayon ərazisində Xəzər dənizinə tökülən çaylardan bir ay öncə balıqçıları məcburi surətdə çıxarıblar.Balıqçılara məxsus olan balıq torları kəsilmiş,lotkalar suya batırılmışdır.Hansı ki,torların kəsildiyi günə qədər balıqçılar hər ay üçün 20 manat pul ödədiklərin vurğulayır.

Sual yaranır: Əgər balıq ovu qeyri-qanuni idisə, niyə hər ay 20 manat alırdız?...

Neftçala rayonu bildiyimiz kimi balığı ilə tanınır.Zamanında qara kürü dünya bazarına elə Neftçalalı balıqçıların səyi nəticəsində əmələ gəlirdi.Amma təəssüf ki,bu rayonda balıq vvə balıqçılıq manapoliyası yaradılmışdır.

Mövzu diqqətimizdədir,növbəti yazılarımızda ətraflı məlumat verəcik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.