Müavini icra başçısını devirmək eşqinə düşüb – YARDIMLIDA VƏZİFƏ DAVASI
11-01-2016, 01:16
Yardımlı rayonunda nüfuz müharibəsinə start verilib.
Savash.org-a verilən məlumata görə, Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmova qarşı hərəkətlənmə başlanıb və bu işin “açar isim”lərindən biri də onun öz müavini Mahir Mirzəyevdir.
Daxil olan məlumatda bildirilir ki, Sevindik Hətəmov hakimiyyətin üst qatında ciddi himayədarının olmadığı azsaylı icra başçılarındandır. Hansısa səbəbdən onun “yuxarılar” qarşısındakı əvvəlki yüksək etimadına zədə dəydiyini vurğulayan mənbəmiz Yardımlı RİH başçısının müavini Mahir Mirzəyevin yaranmış sitiasiyadan yararlanmaq eşqinə düşdüyünü iddia edir:
“Mahir Mirzəyev onsuz da Yardımlını idarə edən əsas şəxslərdən biridir. Onun çoxsaylı qohumları rayondakı əksər vəzifələri işğal edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mahir Mirzəyevin dost-doğma əmisi oğlu Elçin Mirzəyev Yardımlı RİH başçısının digər müavinidir. Mahir Mirzəyevin digər qohumları da vəzifələrdə çalışır. Bu isə Mahir Mirzəyevə Yardımlının idarəçiliyində əlavə üstünlüklər verib. İndi isə o icra başçısı olmaq sevdasına tutulub. Özünün yaxın çevrəsinə bildirib ki, “Sevindik müəllim burada müvəqqətidir, yaxın günlərdə yardımlının icra başçısı özüm olacam”. Onun bu sözləri nəyə əsaslanıb dediyini bilmirik, amma Mahir Mirzəyevin bütün qohumları toy-bayram əhvalındadır ki, o yaxın zamanlarda icra başçısı olacaq”.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!