Azərbaycanda nə prezidenti, nə qanunu tanımayan dövlət xidməti var

11-01-2016, 09:45           
Azərbaycanda nə prezidenti, nə qanunu tanımayan dövlət xidməti var
Kənd Təsərrüfatı Nazirliyi yanındadə oxucularımıza, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə də tanış olan tükənib – bitməyən qanunsuzluqlar- korrupsiya, tender sövdələşmələri, işçilərin qanunsuz işdən çıxarılmalar bəs deyil kimi, bu Dövlət Xidmətində azad fikir söyləməyə qabiliyyətli işçilər təqib edilir və sıxışdırılmağa başlanmışdır. Harada görünüb ki, Azərbaycan vətəndaşının qarantı olan Prezidentinə, Nazirinə mətbuat vasitəsi ilə kömək əli uzadan vətəndaşın danışan dili “kəsilsin”, təqib edilsin və cəzalandırılsın.

teref.az anaxəbər.aza istinadən yazır ki,Azərbaycan Respublikasının Konstitutsiyasının 49-cu maddəsində- sərbəst toplaşma azadlığı, 50-ci maddəsində- hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı, kütləvi informasiyaların azadlığına təminat, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan olması, 47-ci maddəsində- vətəndaşların fikir və söz azadlığı öz əksini tapmışdır. Lakin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Konustitutsiyamızın bu maddələrinin tələbləri kobud surətdə pozulur.

Xatırladırıq ki, 2015-ci ilin dekabr ayının 11-də APA-nın və digər bir sıra qəzet və sayıtların da iştirakı ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bir qrup dövlət qulluqçusunun Beynəlxalq Mətbuat Mərkəzində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin əvəzi Azər İdris oğlu Süleymanovun onlara qarşı qanunsuz hərəkətləri barədə keçirdiyi Mətbuat Konfransı haqqında məlumat və videoyazı sosial şəbəkələrdə yayımlanmışdır.

Azad mətbuat olaraq Mətbuat Konfrasının nəticəsilərini izlədikdə dəhşətli hadisələrin şahidinə çevrildik. Əldə etdiyimiz məlumata görə Konstitusion hüquqlarından istifadə edərək azad mətbuat vasitəsi ilə Prezidentinə müraciət edən bu dövlət qulluqçuları Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən hazırda təqib edilir.

Belə ki, Mətbuat Konfransından sonra mütəxəssislər dəfələrlə Dövlət Xidmətinin rəhbərliyinin yanına çağrılmış, işdən çıxarılmaları ilə hədələnmiş və hətta onlara inzibati tənbeh verilmişdir. Ən təzadlı hal odur ki, Dövlətin baytarlıq sahəsində nəzarət funksiyasini daşıyan bir dövlət qurumunun rəhbəri vəzifəsinə təsadüfü gətitilmiş Azər Süleymanov Azərbaycan Respublikasının qanunvericiliyindən zərrə qədər məlumatı olmadan qanundan kənar hallara yol vermışdır. Guya Mətbuat Konfrasının keçirilməsində “Dövlət Qulluğu haqqınada” Azərbaycan Respublikasının Qanununun 18.04. (dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməsi), 18.0.12-cu maddə (Dövlət qulluqçusunun Etik davranış qaydalarının pozulması) hətta 20.1.7-ci maddələrin (tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək) tələbləri pozulmuşdu. Bu Konfransda tələblərinin pozulmasl barədə sadalanan maddələrinin heç birinin tərkib hissəsi yoxdur.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidentinə Mətbuat Konfrasında yalnız fərd haqqında, yəni Dövlət Baytarlıq Nəzarəti Xidmətini bu gün bildiyi kimi, özmaraqlarına uyğun idarə edən Azər İdris oğlu Süleymanovun qanunsuz hərəkətlərindən, orada yuva salmış korrupsiya faktları barədə müraciət olunmuşdur. Adıçəkilən qanunun sadalanan maddələrinin Mətbuat Komfransı keçirən dövlət qulluqçularına şamil edilməsi, məhz A. Süleymanovun qanunlardan, xüsusən Konstitusiyamızdan, mətbuat azadlığını tənzimləyən qanunvericilik aktlarından çox-çox uzaq olmasını bir daha önə çəkərək, Kənd Təsərrüfatı Nazirliyi rəbərliyinin onun bir qurum rəhbəri kimi vəzifəyə layiq olub-olmamasına yenidən baxması zəruriyyəti yaradır.

A. Süleymanovun vətəndaşların mətbuatda çıxışlarını qısqanclıqla qarşılayaraq, onların mətbuat azadlıqlarını boğması və bu işçilərin təqib edilməsi yol verilməzdir. Və həmçinin bu ölkəmizdə azad mətbuatın olmamasını göstərməyə çalışan və bununla ölkəmizi nüfuzdan salmağa cəhd edən düşmanlarımızın “dəyirmanına su” tökməkdir. İnanırıq ki, artıq Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən növbəti qanun pozuntularının qarşısını alan tapılacaq. Ancaq onu da bilirik ki, bu yenə də Kənd Təsərrüfatı Nazirliyi olmayacaq.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.