Azərbaycanda hüquq mühafizə orqanları bir dələduzla bacarmır - ŞİKAYƏT

11-01-2016, 13:27           
Azərbaycanda hüquq mühafizə orqanları bir dələduzla bacarmır - ŞİKAYƏT
teref.aznun elektron poçtuna vətəndaşa qarşı edilən dələduzluq və hüquq mühafizə orqanlarının bu dələduza qarşı gücsüz olduqları haqda şikayət məktubu daxil olub. Şikayətçi yazır:
Dələduz başqa ölkədə deyil!Azərbaycandadır.Müvəqqəti olaraq,paytaxtda yaşayır.Qeydiyyatda olduğu ünvan isə Masallı şəhəri H.Əliyev 32/3.Aldadıldığım dələduz təkcə mən deyil,digər mənim kimi qurbanlar seçərək etibardan sui istifadə yolu ilə alıb-aldadıb.Adam sırf dələduzdur.Məni 2009-cu ildə bir neçə min dollar məbləğində aldadıb.Öz araşdırmalarım zamanı,məlum oldu ki,Zaur 2013-cü ildə paytaxt sakininin rəsmi şikayəti əsasında CM-nin 178 ci maddəsi ilə saxlanılsa da sonradan hansısa bir vasitə ilə sərbəst buraxılıb.Mən 2009-cu ildən aidiyyatı üzrə DİN-nə,Ədliyyə Nazirliyinə,BŞBPİ-nə,Baş prokurorluğa,hadisə baş verdiyi ərazi Nəsimi Rayon Polis İdarəsinin 19-cu PB-nə,qeydiyyatda olduğu Masallı rayon Məhkəməsinə,rəsmi və qeyri rəsmi müraciətlərimə baxmayaraq bu günkü günə qədər heç bir nəticəyə nail ola bilməmişəm.Dəfələrlə anası Məmmədova Xavər Ağakərim qızı ilə telefon danışığıma baxmayaraq,ağbirçək ana mənə hədə qorxu gələrək,ölümlə hədələyərək belə çəkinmir!Dələduzun atası dünyasını dəyişdiyindən,evin ata əvəzi Zaurun qardaşı-Məmmədov İlqar Qalabəy oğlu ilə də dəfələrlə görüşməyinə və telefon əlaqəsi etməyimə baxmayaraq,İlqar da məni ölümlə hədələyərək,mənim Zaur adlı qardaşım yoxdur deyir.Get nə bilirsən et,deyir!Bu arada onu da nəzərinə çatdırım ki,Zaur 2013-cü ildə cinayət məsuliyyətinə cəlb olunan zaman onu cinayətdən yayındıran böyük qardaş İlqar Məmmədov olmuşdur.İlqar Masallı Embawood mebel fabrikində çalışır.Kollektiv ona "müəllim" dəyə müraciət edir.İlqarın bu işlə bağlı mənə cavabı belə olub.Gücün çatmırda,gücün çatsaydı pulunu geri ala bilərdin.Və deyir polisin elə bir səlahiyyəti var ki,cinayətkarı telefon vasitəsi ilə yaxalaya bilir.Mənə bu sözləri Zaurun qardaşı İlqar Məmmədov deyir.Hər dəfə ona zəng etdikdə məni ölümlə hədələyərək,deyir səni də belə-belə edim,polisidə!İlqara aid sübut səs yazılarımda var.Anası ilə telefon danışığımda onun da mənə son məsləhəti belə olmuşdur.A bala oğlumun yəni Zaurun arxasında Masallıdan olan mötəbər insanlar durur!Sən ona heçnə ede bilməzsən!3700$-ın üstündən su iç,keçib getsin!Zaur çox adama atıb.Onlar keçib hamısı.Ailəlikcə bunlar iki qardaş,bir bacıdan ibarətdirlər.Ataları yaxşı insan olub.Bunların əlindən ürəyi partlayaraq,dünyaya əlvida deyib.İlqara demişəm ki,nə olsun ki,sən deyirsən mən Zaur adlı qardaş tanımıram.Onun arxasında maddiyat baxımından duran sənsən!Nə vaxtsa həbs olunarsa yenə onu qurtaracaqsan.Ona söz verdim ki,mən hadisə ilə bağlı televiziyalara müraciət edəcəm ki,Məşhur müəllimin belə bir fırıldaq işçisi var.Qoy bilsin.İlqar dedi ki,səninlə birgə oturmasaq stol arxasında Məşhur müəllimlə,mənə nə deyirsən de!
Elnur Ağayev
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.