Polis rəisi tanınmış Əliyevçiyə hədə gəldi: Səhhəti pisləşən Aydın Heydərov iki saat saxlanılıb

11-01-2016, 19:20           
Polis rəisi tanınmış Əliyevçiyə hədə gəldi: Səhhəti pisləşən Aydın Heydərov iki saat saxlanılıb
"Bakının Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev xidməti otağında YAP elitasına daxil olan tanınmış iş adamı Aydın Heydərovu təhqir və təhdid edib. Məhz bu zaman iş adamının səhhəti qəfil pisləşib".

teref.az xəbər verir ki, bu xəbəri Arazmedia.az yayıb.

Sayt iddia edir ki, Aydın Heydərov 08.01.2016-cı il tarixində polis işçiləri tərəfindən işçisinin incidilməsiylə bağlı polis rəisinin qəbulunda olub. Ancaq polis rəisi onu təhqir edərək, özünü də həbs etdirəcəyi ilə hədələyib: "Polis rəisinin kobud rəftarından sonra YAP-çının vəziyyəti elə iş otağında ağırlaşıb. Qəfil baş verən hadisə rəisin narahatçılığına səbəb olub. Polis rəisinin hədə-qorxusu ilə üzləşən YAP-çı özünə gətirilsə də, iki saat idarədə saxlanıldıqdan sonra buraxılıb...".

Məlumata görə, Aydın Heydərov, eyni zamanda, "İNTERAVTO" Səhmdar Cəmiyyətinin rəhbəridir.

Məsələ ilə bağlı polis rəisi M.Musayevlə danışmaq mümkün olmayıb.

Musa Musayevin mövqeyini də dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru