Bank Respublik-dan şikayət var: "Kiçik bir məbləğdən ötrü indi kiçik iddia kimi maddi təzminat iddiası açmalyıyıq?"
20-08-2020, 00:09

Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Nurlan Səfərov Bank Respublika-dan şikayətçidir.
Nurlan Səfərli yazır:
"Biraz əvvəl Bank Respublika müştəri xidmətlərinə zəng vurmuşam.22 dəq xətdə gözlədim sırada 8-inci idim.Sıra ikiyə çatdıqda təkrarən sırada üçüncüsünüz dedi və sıra ikiyə gəldikdə əlaqə kəsildi adboy verildi.
Balansdan 1 manat 22 qəpik çıxıldı.İkinci dəfə zəng etdim və bu dəfə ingilis dilini seçdim.Sırada 1-ci olmağımı deməyinə baxmayaraq heçbir operator tərəfindən cavab verilmədi. Yenidən zəng etmişəm və sırada 11-cisiniz deyir.

1) İngilis dili bilən operatir yoxdursa niyə insanları yalandan aldadıb elə bir seçim qoyursuz? Vardısa da niyə sırada birinci olmağıma baxmayaraq cavab verilmədi?
2) 22 dəq vaxtımı aldıqdan sonra niyə siz tərəfindən əlaqə kəsilir? Və balansdan çıxarılan 1 manat 22 qəpiyin sorumlusu kimdi? Kim öhdəlik daşıyır? Kiçik bir məbləğdən ötrü indi kiçik iddia kimi maddi təzminat iddiası açmalyıyıq?
3) Son zəngimdə sırada 11 cisiniz deyilir.Siz deyin indi mən sizə necə güvənim xəttə gözləyim?
4) Əlavə olaraq "operatorlarınızdan" Leyla xanıma deyin ki, müştəridən heç vaxt kartın məxfi kodu soruşula bilməz.Yalnız məxfi sözü soruşa bilər identikləşdirmək üçün.
5) Operator seçdikdə səs və diksiyonlardan çox biraz təcrübə və savadına fikir verib işə alın bizə operatorun səsi və etik davranış kodekslərindən əlavə fikrimizi çatdırmaq əsas lazımdır.
Nə soruşsan tək bir cavab var filyala yaxınlaşın orda sizin müraciətə baxılacaq."Vətəndaşların müraciətləri haqqında" və "İnformasiyanın qorunması və saxlanması" haqqında qanunu arada operatorlanıza oxudun narahat olmayın çox uzun deyil!"
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
