Qudalar Hacıkəndi viran qoyub satır- FOTOLAR (ÖZƏL)

7-09-2020, 06:24           
Qudalar Hacıkəndi viran qoyub satır- FOTOLAR (ÖZƏL)
Gəncə şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin adamları Gəncənin Hacıkənd qəsəbəsində olan bəzi torpaq sahələrini satışa çıxarıb. Belə bir iddianı Cavad Xan Tarix Mədəniyyət Qoruğunun vitse-prezidenti Müzadil Həsənov öz facebook səhifəsində paylaşıb. Bundan əlavə Müzadil Həsənov 7news.az açıqlamasında bildirib ki, sabiq icra başçısı Hacıkənd qəsəbəsində olan bəzi əraziləri qeyri-qanuni yollarla müxtəlif adamların adına özəlləşdirib.

“Elmar Vəliyev vaxtı ilə Gəncədə geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkənd, 150-160 il yaşı olan bu qəsəbə bütün tarixi binaları ilə birlikdə ekskavatorun qabağına verilib dağıtdırdıldı. Sonra da bu yerləri qudası Kərəm Həsənovla birlikdə qeyri-qanuni yollarla özəlləşdirdi. İndi isə illərdir viran qalmış bu əraziləri artıq həyasızcasına satışa çıxarıblar. Düşünürəm ki, Gəncə şəhər İcra Hakimiyyəti ölkə rəhbərliyi qarşısında bu məsələni qaldırmalı və hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuzluqlar tam araşdırmalı, bu cinayət əməllərə hüquqi qiymət verilməlidir” – deyə Müzadil Həsənov bildirib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru