"Zər Atmaqla düzəlmir ay Kontakt Home, baş işlətmək lazımdır......" - Kontakt Home-dən daha bir şikayət..

8-09-2020, 00:00           
"Zər Atmaqla düzəlmir ay Kontakt Home, baş işlətmək lazımdır......" - Kontakt Home-dən daha bir şikayət..

Teref.az xəbər verir ki, şikayətçi Fərid Abdullayev Kontakt Home-nin səriştəsizliyindən, müştərilərin başına oyun açmaqlarından şikayət edir. Fərid Abdullayev yazır:

Salam çox ‘hörmətli’ Kontakt Home.
Şikayət uzun olacaq tam aydın detalları ilə yazdığım üçün. Dəyərli vaxtınızı aldığım üçün üzr istəyirəm.
18.08.2020-ci ildə sizin tabeçiliyinizdə fəaliyyət göstərən Servis Link şəbəkəsinə təmir etmələri üçün QIZIL ZƏMANƏTLİ mobil telefonumu verdim. Təmir sadəcə mobil telefonun enerji yuvasının dəyişilməsindən ibarət idi.( hansını ki, digər servislərdə olan ustalar maksimum 1 saat ərzində dəyişir.) Verdiyiniz müqaviləyə əsasən 2 həftə normal gözləmə müddətini gözlədim arada bir zəng edib məlumat alırdım məlumat mərkəzinizdən. 1 həftəinin tamamında yenidən əlaqə saxlayanda əməkdaşınız bildirdi ki, ehtiyyat hissəsi sifariş olunub çatdırılan kimi təmir davam edəcək, bu məlumatlada razılaşdım.(Operatorluq da bir məsələ yoxdur, orada nə yazılıb onu qeyd edir). 14 günün tamamlandı,(müqavilədə qeyd olunub ki, təmir 14 gün ərzində yekunlaşmalıdır) 15-ci gün əlaqə saxladım ki, bəs təmir nə yerdədir,(yenədə mən anlayış göstərdim ki, ola bilər ki, təmir olunan məhsul çoxdur mənimlə əlaqə gec yaradılar özüm soruşum əgər hazırdırsa yaxınlaşıb götürüm) yenə məlumat verildiki ehtiyyat hissəsi çatdırılmayıb və təmir müddəti uzadılıb. Operatora bildirdim ki, bəs müddət uzadılıbsa bununla bağlı müştəriyə niyə məlumat verilməyib? (Hansı ki, servisdə mobil telefonu qəbul edən operator xanım bildirdi ki, təmir uzadılsa və ya əlavə hər-hansısa bir məlumatı dəqiqləşdirmək lazım olsa sizinlə əlaqə saxlanılacaq.) Operator o mükəmməl cavabını verdi təmir uzadılıb, mən yenidən soruşuram mənim niyə xəbərim yoxdur bundan? Yenə eyni cavabı verdi.
Operatora şikayətimi bildirdim ki, mənimlə rəhbərlikdən bir nəfər əlaqə saxlasın. Bir neçə saat sonra özünü Təklif və Şikayətlər bölməsinin koordinatoru kimi təqdim edən bir xanım əlaqə saxladı və problemin nə olduğunu soruşdu. Yuxarıda olanları izah etdim.
O, isə özündən əmin olmadan təmir uzadılanda müştəriyə məlumat verilməyə bilər dedi.
Mən cavabında deyəndə ki, xanım – verilməlidir bir başqa məsələdir, verilməməlidir bir başqa, verilməyə bilər bir başqa, sizin əsasnamənizdə hansı qeyd olunub? Bu sualım cavabsız qaldı.
Xanımda eyni şeyləri təkrar etdi ehtiyyat hissəsi original olur bizdə və Bakıda olmayanda, xaricdən sifariş edirik. Bunada razılaşdım, və xanıma bildirdim ki, ola bilərmi ki, telefonu təmir edə bilməyəsiz, özündən çox əmin bir şəkildə qeyd etdiki elə bir şey ola bilməz təmir olunacaq mütləq və sağollaşdıq bir qədər sonra həmin nömrədən zəng gəldi və bildirdi ki, ehtiyyat hissəsi artıq servisə çatdırılıb, təmir başlayıb qısa zaman ərzində təmir olunacaq cihaz. Təşəkkür etdim və onu da bildirdim ki, nə hikmətdirsə 14günə çatmayan ehtiyyat hissəsi, şikayətdən 1 saat sonra çatdırıldı və onu da qeyd etdim ki, xanım bilirəm ki, Qızıl Zəmanət olduğu üçün gec təmir edirsiz çünki ödəniş edilmir buda danılmaz faktdır, susdu və sağollaşdıq. Növbəti gün yenidən əlaqə saxladım və operatorları təmirin getdiyini söylədi gün ərzində yekunlaşacağını 1 gün isə test məqsədli servisdə qalacağını bildirdi, yenə də razılaşdım. 2 gün sonra yenidən əlaqə saxlayanda operatorları SİZİN MƏHSULA YENİ EHTİYYAT HİSSƏSİ SİFARİŞ OLUNUB cümləsini işlətdi, növbəti cümləni başlayan zaman sözünü kəsərək, zəhmət olmasa koordinatorunuz mənimlə əlaqə saxlasın bildirdim. Bir qədər sonra yeni həmin xanım əlaqə saxladı və ilk sifariş olunan ehtiyyat hissəsinin qüsurlu olduğunu söylədi və bu mənimmi problemimdir xanım sualıma, Siz özünüzdə bilirsiniz ki, elektronik hissədir bəzən problem ola bilər, artıq səbrim tükəndi və XANIm sizin SATINALMA(Procurement) şöbənizdə olan əməkdaşınızın səriştəsizliyi ucbatından mən niyə əziyyət çəkməliyəm, bu bilinən bir şeydir ki, ehtiyyat hissəsi 2 ədəd sifariş olmalıdır, xanımında dediyi kimi elektronik hissədir problem olarsa, digər hissəni yerləşdirsinlər. 14 gün gözlətmələri, təmiri uzadıb mənə demədikləri bəs etmədiyi kimi hələ də mənə nəyisə sübut etməyə çalışırdı o xanım. Və mən artıq əminliklə bildirdim ki, xanım sizing səriştəsiz əməkdaşlarınız təmiri bacarmırsa bir ədəd Texniki Akt tərtib etsinlər, mənə yeni cihaz verin, xanım israrla xeyr ola bilməz maksimum 30 gün ərzində sizin cihaz təmir olunacaq, mən bununla haqlı olaraq razılaşmadım çünki səriştəsiz Servis Link Satınalma Şöbəsi əməkdaşları ucbatından mən nə üçün əziyət çəkməliyəm xanım mənə söz verdi ki, ən qısa zaman maksimum 12 avqusta qədər cihaz təmir olunacaq, son sözümdə də o cihazı təmir etməyi siz bacarmayacaqsınız dedim və sağollaşdıq.
Və nəhayət bu gün yenə eyni nömrədən həmin xanım biraz könül alarcasına biraz da utanaraq mənimlə danışaraq bəs siz zəhmət olmasa servisə yaxınlaşın sizing cihazın təmiri mümkün olmadı sizə akt təqdim olunsun siz mobil telefonu dəyişin.. Xanıma yeni işçilərinin səriştəsizliyini bildirdim və onu da qeyd etdim ki, əgər təmiri mümkün deyildisə niyə məni 19 gün mobil telefonsuz qoyduz, deməli ilk diaqnostikada bunu bilmək mümkün idi, çox üzr istəyirəm, sizində vaxtızı aldıq, minnətdarıq kimi sözlərlə öz aləmində müştəri məmnuniyyətini təmin etməyə çalışdı.
Sonda ‘hörmətli’ Kontakt Home və Servis Link şəbəkələri əgər Satınalma şöbəniz və Təklif və Şikayətlər şöbəniz öz işini bacarmırsa hər iki şöbənizə işinin peşakarı olan şəxsləri yönəldə bilərəm, təbii ki, normal əmək haqqı ilə))
Nəysə, bəzi şeylər var ki, Zər Atmaqla düzəlmir ay Kontakt Home, baş işlətmək lazımdır......
Teref.az olaraq bitib tükənməyən şikayətlərin heç birinə mövqe bildirməyən Kontakt Home-nin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.