Uçarda müəllimlərin hesabına dam örtüyü dəyişən icra başçısı var

29-04-2015, 11:27           
Uçarda müəllimlərin hesabına dam örtüyü dəyişən icra başçısı var
Ucarda şəhərində evlərin dam örtüklərinin dəyişdirilməsi müəllimlərə baha başa gəlib.

Ucar rayonundan olan bir qrup müəllimin Avropa.info-ya verdiyi məlumata görə, rayon icra hakimiyyəti şəhərdəki evlərin dam örtüklərinin dəyişdirilməsinə qərar verib. Lakin, dövlət tərəfindən rayona ayrılan maliyyə vəsaitinin deyil, müəllimlərin hesabına.

"Bizə icra hakimiyyətindən deyirlər ki, cənab prezidentimiz İlham Əliyev Ucara gələcək. Bu səbəbdən də şəhərin Koroğlu küçəsində yerləşən evlərin damı müəllimlərin hesabına dəyişdirilməlidir. Artıq mülllimlərdən kütləvi pul yığma kampanıyasına başlanılıb.Müəllimlərdən tutulan 50 manat pul dolanaşığı ağır olan müəllimlərin vəziyyətini xeyli ağırlaşdırıb.Elə buna görə də müəllimlər arasında kütləvi narazılıqlar yaranıb."

Redaksiyaya müraciət edən müəllimlər bu qanunsuzluğa son verilməszə ölkə başçısına müarciət edəcəklərini bildirdilər.

Qeyd edək ki, Ucar rayon İcra hakimiyyətinin başçısı Nəqliyyat Naziri Ziya Məmmədovun əmisi oğlu Mənsur Məmmədovdur. Onun fəaliyyəti əvvəllər icra başçısı olduğu Zərdab və Göyçay rayonlarında da yerli sakinlərin narazılığına səbəb olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.