İmişlidə karantin ancaq kiçik mağazalar üçündür? - Şəhərin mərkəzindəki Ticarət Mərkəzləri, böyük obyektlər niyə fəaliyyət göstərir? (FOTOFAKT)

2-01-2021, 10:00           
İmişlidə karantin ancaq kiçik mağazalar üçündür? -
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydaları İmişli şəhərində kobudcasına pozulur.

Avropa.info-nun İmişli sakinlərindən əldə etdiyi məlumata görə, şəhərin hətta mərkəzində fəaliyyət göstərən Ticarət Mərkəzləri, iri tikinti materialları satışı mərkəzləri və bir neçə kafe karantin qaydalarını kobudcasına pozaraq açıq-aşkar fəaliyyət göstərir.

Şəhərin bazar və bazar ətrafında fəaliyyət göstərən xırda sahibkarlıqla məşğul olan vətəndaşlar bu vəziyyətlə barışmır və "qanun hamı üçündürsə, iri sahibkarlar niyə qanuna tabe olmurlar", deyə sual edirlər.

Qeyd edək ki, qanunsuz fəaliyyətinə göz yumulan obyektlərin çoxu şəhərin mərkəzində yerləşir və xüsusi karantin rejimi tətbiq edilən gündən bu yana fəaliyyətlərini heç vaxt dayandırmayıblar.

Avropa.info

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru