"Şikayətim Kapital Bank və yarıtmaz idarəetmə sistemindəndir."- ŞİKAYƏT
3-01-2021, 08:32

Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Deyhun Məcidov şikayətində yazır:
"Hamınıza salamlar. Hekayəm bir az uzun olacaq, amma içimdə hiss etdiklərimi yazı üzərinə tökdükdə bu alınır ancaq:
Şikayətim Kapital Bank və yarıtmaz idarəetmə sistemindəndir. Mən bu bankın korporativ müştərisiyəm. Dedim yəqin korporativə normal davranarlar. Amma atalar yaxşı deyir, sən saydığıvı say, gör Kapital Bank nə sayır. Demək bu Kapital Bank mənim hesabımdan əl çəkmir, cari hesabıma pul gəlir, pul cari hesabımda qalmalı olduğu halda özbaşına, müştərisinin icazəsi olmadan pulu karta köçürür. Bir neçə dəfə bu haqda 196 ilə danışmağa çalışsam da, 196 sağ olsun, işçilərə o qədər önəm verir ki, dəstəyi bu gün 10 və yaxud 15-ci dəfədən sonra qaldırıb.

(Şəkil 1).
Hər nə isə, uzun məşəqqətlərdən sonra Operator həzrətlərinin qəbuluna düşüb bir quran söz danışdıqdan sonra Operator həzrətləri bildirdi ki, ‘müəllim biz bu işə baxmırıq ee, Müştəri Bankı yığın’.
Dedim yaxşı Operator Həzrətləri, yığım deyirsən yığım. Saat 16:11’dən etibarən başladlm Müştəri Bank ülyahəzrətlərini yığmağa. Axırda iş vaxtı bitdi, 5AZN-dən çox konturum getdi, lakin bu Müştəri Bank ülyahəzrətləri məni 15 dəqiqə xətdə gözlədib, müraciətiniz qeydə alındı, 15 dəqiqə ərzində geri yığılacaq deməkdən bezmədi. Sonradan apardığım araşdırmalar nəticəsində tapdım ki, Kapital Bank-ın Müştəri Bankının zaman ölçümü Eynşteyn nisbilik nəzəriyyəsi əsasında da deyil, Mars və yaxud Venera saatı ilədir. Sonradan dedim bir Birbank kimi şedevr applikasiyaya girim görüm hesablarım salamatdırmı? Boje moy, ayallax, bir də girib nə gördüm? Hesablarımda özbaşına hərəkət etməkləri azmış kimi, Birbankən Süni İntellekti o qədər inkişaf edib ki, hesabıma özbaşına 350 manat ödəmə edib, onun da 280 manatını mənfi edib. Baxdım görüm hara edib, göstərir Bank of Bakuya edib. Dedim olar da, insanıq, yəqin Birbank da bilir Kapital bərbad bankdı, kreditini Bank of Bakudan götürüb indi ödəmə edir. Zəng elədim yenə 196-ya Operator həzrətlərinə, o da məni 5 dəqiqə dinlədikdən sonra o möhtəşəm cümləni dedi:
Müəllim şikayətinizi qeydə alırıq, araşdırıb bildirəcəyik.

Əlim üzümdə qaldı a dostlar. Bu bankın Paşa Bank adında bir qardaşı var, vallah allahın lütfüdü, bu isə fərsiz övlad kimidi. Qədim bir əfsanədə var, deyir Makedoniyalı İsgəndər ölümsüzlüyün sirrin axtararkən bir mağarada bir sandıq tapıb, üzərində yazılıb ki, bu sandığı götürsən də peşman olacaqsan, götürməsən də. Mən əminəm ki, İsgəndər indi yaşasaydı, ora mağara yox Kapital Bank filialı olardı. Mən dərdimi kimə deyim, kimə danışım? Korporativ müştərisi ilə belə edən bank, fiziki müştərilərinin başına nə oyunlar açır allah bilir.
Teref.az qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


