Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - Şəhidin məzarı hələ də götürülməyib

4-01-2021, 19:12           
Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? -
Vətən müharibəsinin şəhidlərindən biri Qusar rayonu, Həsənqala kənd sakini İsmayılov Orxan Qədim oglunun məzarı hələ də götürülməyib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Təqdim olunan fotodan görünür ki, şəhdin qəbrüstü abidəsi qoyulmayıb. Məlumatda qeyd olunur ki, Orxan İsmayılov 2020 -ci ilin oktyabr 5-də dəfn edilib.

Xatırladaq ki, şəhidlərin qəbrüstü abidəsinin qoyulması və yas mərasimin keçirilməsi üçün yerli icra hakimiyyətləri tədbirlər görür.

Bu məqsədlə yerli fondan vəsait ayrılır, habelə Səfərbərlik üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsi şəhid ailəsinə maddi yardım edir. Şəhidin qırx mərasiminə qədər məzarın götürülməsi təmin edilir.

Təəssüf ki, Qusar rayon İcra Hakimiyyəti üzərinə düşən vəzifəni yerinə yetirməyib və nəticədə belə narazılıq doğuran mənzərə ortaya çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru