Yeni sinif açmaq üçün rüşvət... - Kəlbəcər məktəblərinin birində rüşvət yığılmasına dair video yayıldı

17-01-2021, 03:08           
Yeni sinif açmaq üçün rüşvət... -
Sosial şəbəkələrdə məktəblərin birində rüşvət toplanmasına dair video yayımlanıb.

“AzPolitika.info” xəbər verir ki, videonun nə zaman çəkildiyi məlum olmasa da, hadisənin orta məktəblərin birində baş verdiyi və bir qadın tərəfindən siyahı üzrə pul toplandığı görünür.

Həmin videonu müşaiyət edən məlumatda iddia olunur ki, pul yığılmasına dair kadrlar Kəlbəcər rayon 2 Saylı Tam Orta Məktəbinə aiddir.

Qeyd edilir ki, siyahı üzrə valideynlərdən yığılan pul məktəbdə yeni sinif açılması üçün rüşvət olaraq toplanıb və məktəb direktoruna, eləcə də Kəlbəcər rayon Təhsil Şöbəsinə çatıb.

Məlumatda həmçinin bildirilir ki, sözügedən məktəbin direktoru Azad Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qohumudur. Onun C.Qurbanovun bibisinin kürəkəni olduğu idia edilir.

Qeyd edək ki, Kəlbəcər rayon 2 Saylı Tam Orta Məktəbi Gəncə şəhərində yerləşir. Videonun məhz həmin məktəbə aid olub-olmadığını isə yəqin ki, hüquq-mühafizə orqanları araşdıracaq.

Teref.az məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.