Bərdədə 20 Yanvar abidə kompleksi dağıdıldı – icra başçısı isə… FOTOLAR

20-01-2021, 22:59           
Bərdədə 20 Yanvar abidə kompleksi dağıdıldı – icra başçısı isə… FOTOLAR
Bərdə şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksi dağıdılıb.
Teref.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib.
Sakinlərin verdiyi məlumata görə, bu səhər Bərdə şəhərində Tərtər çayının sol sahilində ucaldılıbmış abidəni ziyarətə getmək istəyən rayon sakinləri abidənin tamamilə sökülüb- dağıldığını deyir.
KAİM.az-a edilən digər iddiada isə ərazinin dağıdılmasınə səbəb oranın icra hakimiyyəti tərəfindən baxımsız saxlandığı bildirilib. Vətən torpağının hər qarışını qanını ilə sulayan Qəhrəman Şəhidlərimizinin tarixi abidəsini məhz məmurlar tərəfindən baxımsızlıqdan dağılması tragediyadan başqa bir şey deyil. İnanırıq ki, Bərdədə Qəhrəman Şəhidlərimizinin tarixi abidəsini bu hala gətirənlər kimliyindən aslı olmayaraq yaxın günlərdə qanun qarşıında cavab verəcəklər.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru