Əli Həsənov Ağdama niyə gəlmişdi?

12-02-2016, 01:41           
Əli Həsənov Ağdama niyə gəlmişdi?
Və ya «Çaxır Musa»nın nə dərdi var idi ki, komitə sədrinin görüşünə qatılmışdı?

Azərbaycanda xeyli sayda dövlət qurumu var. Son dövrlər onların bəziləri ya ləğv olunur, ya da başqa bir qurumla birləşdirilir. Dövlət başçısının sərəncamları əsasında həyata keçirilən bu islahatların əsas məğzi səmərəsiz dövlət qurumlarının səmərəliliyini artırmaqdır.


"Çaxır Musa" ləqəbli sələmçi icra nümayəndəsi

Bu gün səmərəsizliyi ilə seçilən, insanların problemlərini həll etmək əvəzinə, onların problemlərini daha da üst-üstə yığan bir qurum var. Qaçqınlarla İş üzrə Dövlət Komitəsi, qısa adı isə «Qaçqınkom»dur. Bu dövlət qurumunun başında isə Əli Həsənov adlı şəxs dayanır. Telekanallarda etdiyi çıxışlarında «patriot», «cəngavər», «cəsarətli», «ağzından od tökülən» məmur təəssüratı bağışlayan cənab Həsənovun danışdıqları ilə əməlləri arasında xeyli zidiyyətlər var.

Cənab Həsənovun idmançı nəvəsi

Bir misal çəkək. Bu yaxınlarda Əli Həsənov Ağdam rayonuna gələrək, orada yaşayan yerli sakinlərlə görüş keçirməliydi. Təbii ki, komitə sədri Ağdama gəldi, amma sakinlərlə deyil, yerli icra nümayəndələriylə görüşüb, yenidən Bakıya qayıtdı. Maraqlıdır ki, Əli Həsənovun xidməti maşınları arxada gizlətmişdilər.

Elə bu səbəbdən idi ki, əhali mövcud vəziyyətlə barışmayıb, komitə sədriylə görüşmək üçün xeyli israr etdi. Lakin polisin təzyiqiylə geri çəkilmək məcburiyyətində qaldı. Maraqlıdır, Əli Həsənov Ağdama niyə gəlmişdi? Onun görüşünə qatılmış «Dördyol-2» qəsəbəsinin icra nümayəndəsi «Çaxır Musa»nın qatılmasının nə faydası vardı? Və ya bu adamın hansı problemi var idi ki, komitə sədriylə görüşdə iştirak edirdi? Adamın pulunu balta kəsmir. Yoxsulluq içində yaşayan ağdamlılara yüksək faizlə sələmə pul verir. Məgər, ondansa, şəhid qardaşı, ağır çətinliklər içində yaşayan Xəyyam Salmanzadənin görüşdə iştirak etməsi pis olardımı?

Cənab Həsənovun nəvəsinin maşın kolleksiyası

Dəfələrlə yazmışıq ki, çətinlik içində yaşayan Xəyyam Salmanzadənin evi yoxdur. Əli Həsənovla görüşüb, kömək istəyəcək. Salmanzadə komitə sədriylə görüşsəydi, məgər onun nəaələrinin saysız-hesabsız «Gallenvagen» və «Mersedes»lərindən birninimi istəyəcəkdi? Qətiyyən, yox. Onun görüşünün mahiyyəti məcburi köçkünlər üçün tikilmiş evlərdən birinə sahib olmaqdı.

Salmanzadə uzaqbaşı belə bir sual verəcəkdi ki, necə olur, Ağdam şəhər MİS-in rəisi Arif müəllimin Quzanlıda və Bərdədə şəxsi evləri, bahalı maşınları ola-ola Bərdədə inşa edilmiş məcburi köçkünlər üçün binadan 3 mənzil bağışladılar? Amma şəhid qardaşı, ailə üzvünün 2-si ağır vəziyyətdə olan Xəyyam Salmanzadənin haqqını vermək hər kəsin yadından çıxdı.

Əslində, vəziyyət məlumdur. Aydındır ki, Əli Həsənovu qaçqınların taleyi, durumu, yaşadığı vəziyyət yox, hansısa maddi imkanları yüksək məmurların təminatı daha çox düşündürür. Onu düşündürən odur ki, nəvələrinin maşın kolleksiyasına daha birini əlavə etsin. Axı, onun nəvələri yüzlərlə qaçqından daha dəyərlidir. Axı, Xəyyam Salmanzadənin hansı durumda yaşamasından komit sədrinə nə?demokratiya.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.