"Rəis Afət Mirzəyev mənə dedi ki, 100 manat ver, get maşınını götür" - İTTİHAM VAR

12-02-2016, 09:55           
"Rəis Afət Mirzəyev mənə dedi ki, 100 manat ver, get maşınını götür" - İTTİHAM VAR
Redaksiyamıza müraciət edən Masallı rayon sakini Əhədov Rauf bildirir ki, bu ilin 23 yanvar tarixində idarə etdiyi "VAZ 2107" markal, "90 NZ 078" dövlət nömrə nişanlı avtomobili qanunsuz olaraq yerli DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Masallı sakini DİA.AZ-a şikayətində bildirir ki, maşınının arxasınca yerli DYP-yə gedib: "Rəis Afət Mirzəyev mənə dedi ki, 100 manat ver, get maşınını götür.Mən etiraz etdikdə mənə bildirdi ki, razılaşmazam, mənə 150 mnat cərimə yazılacaq. Mən də onun istədiyini edərək, 100 manat verdim".

Narazı vətəndaş dia.az-a yazır ki, sonradan ona 20 manatlıq cərimənin yazıldığını öyrənib: "İndi aydın olur ki, rəis bu yolla məndən 80 manat artıq rüşvət alıb. Rəsmi protokolda isə mənə dayanma-durma qaydalarını pozduğuma görə 20 manat cərimə kəsilib".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru