Gömrükdə "depozit" adı ilə gələnləri belə soyurlar-ŞİKAYƏT
16-02-2016, 00:08
Gömrük İdarəsində baş verən neqativ hallarla bağlı mətbuatda tez-tez rast gəlirik.Bu dəfə depozitlə bağlı Uluyol.info xəbər portalının elektron ünvanına daxil olmuş şikayət məktubun təqdim edirik:
"Gömrükdə "depozit" adı ilə soyğun baş verir.Bütün Azərbaycan maşınları etibarnamə ilə dünyanın hər yerinə gedə bilir, amma Azərbaycan vətəndaşının öz adına olan xarici dövlət nömrə nişanlı avtomobil ilə Azəraycana girişi üçün depozit tələb olunur. Özü də depozitin ödənilməsi haqda heç bir sənəd təqdim edilmir. Bu hadisə 2 dəfə mənim başıma gəlib. 2015ci ilin əvvəlində Qazaxstanın Almata şəhərində yaşayarkən, şəxsi mülkiyətimdə olan Qazaxsan Dövlət Nömrə nişanlı (A6166HH) Mersedes S Klass markalı avtomobil ilə Azərbaycana gəlmək üçün yola düşdüm. Xeyli (4450 km) yol gəlib Dağıstan -Azərbaycan gömrüyünə yaxınlaşdım. Yol boyu heç bir problemlə rastlaşmadım, hətta Rusiya gömrük məntəqəsini də rahat keçdim.
Azərbaycan (Samux) gömrüyünə daxil olarkən ilk öncə maşının içi-üstü axtarıldı və mənin "pasport kontrola" getməyimi xahiş etdilər. Getdim, pasportumu yoxladılar və mənim sərhəd məntəqəsinin ərazisində yerləşən DGK ( Dövlət Gömrük Komitəsi)-nin binasına getməyimi tələb etdilər. Həmən binaya daxil oldum və mənə blank verdilər ki, onu doldurum (Avtomobilin ili, Şassi nömrəsi və s.) Maşın firma maşını olduğu üçün imzadan başqa da firmanın möhürü ilə də möhürləməməm tələb olunurdu. Və mən möhürlədim.
Hər bir sənədi qaydası iıə tamamladıqdan sonra pəncərədən səs gəldi:"Əlizadə Rəşad, zəhmət olmasa yaxınlaşın!" Mən pəncərəyə yaxınlaşdım və mənə 6120 dollar depozit verməmi tələb etdilər. Maraqlı oldu mənə. Dedim: "Qardaş mən Azərbaycan Respublikasının vətəndaşıyam, maşın da, firma da öz adımadır də. Firmanın adı da Azərbaycan ilə əlaqədardır. Depoziti niyə ödəməliyəm? Bir halda ki, başqa dövlətlərdə məndən depozit istəmirlər? Ukrayna, Belorusiya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan və İran kimi dövlətlərə Azərbaycan dövlət nişanlı avtomobil ilə getmişəm və heç yerdə depozit haqda "anlayış" belə yoxdur. İranda 350 dollar "torpaq basdı" vergisi ödəyirsən, Özbəkistanda 7 dollar, Moldovada 122 dollar. Siz isə nə az, nə çox 6120 (Altı min yüz iyirmi) dollar depozit adı altıda pul tələb edirsiniz". Beləcə gömrükdən geri qayıtdım.
Bu qanuna ümumiyətlə heç bir kitabda rastlamamışam. Dövlət qurumlarından xahişim var. Mən Azərbaycan Respublikasının vətəndaşıyam və sizin "sayənizdə" Azərbaycanı tərk edib başqa dövlətlərdə iş görürəm. Azərbaycanda mənim qohumlarım, dostlarımvə ölənlərim var. Təyyarəyə allergiyam olduğu üçün hər yerə maşınla gedirəm. Xahiş edirəm depozit haqda qanun varsa, onu media vasitəsi ilə xaricdə yaşayan azərbaycanlılara xəbər verəsiniz. Xalqı aldatmaqla, aşağılamağa nə vaxtadək davam edəcəksiniz? Mənim bildiyimə görə Azərbaycanda torpaq basdı üçün 150 manat verilməlidir. Başımın sadağası olsun, 150 dollar da verərəm yetər ki, işinizi insafla görün. Hələ nəzərə alsaq ki, avtomobil üçün benzin də alınacaq, lazım gəlsə ustaya da müraciət olunaraq əlavə xeyir getirmək olar. Hər halda ölkəyə kənardan avtomobillə gəlmək üçün maneələr olmasa bu turizmə də təkan verər. Nəzərə alsaq ki, hələ çoxları bu qanundan xəbərsizdilər. bu da əlavə zəhmətlərə, üstəlik ölkəmizə qarşı narazılıqlara da səbəb ola bilir. Məsələn mən sizin acgözlüyünüzün ucbatından Samux körpüsündən Mahaçkalaya qayıdıb orada maşınımı sığortalı avtodayanacaqa qoydum ki oğurlanmasın.
Azərbaycan hakimiyyətinə müraciət edir və tələb edirəm ki, gömrükdə 6120 dolları nəyə əsaslanıb istəməyinizi açıqlayın.
Çünki hal hazırda da Gürcüstanda yaşayıram və burada da öz adıma Gürcüstan nömrəsi (UM017İD) ilə avtomobilim var. Amma vətənimı gəlmək üçün bu anlamsız " depoziti" ödəməyə imkanım yoxdur.
Hörmətlə: Qazaxstanda fəaliyətdə olan "TURAN" azərbaycanlıların konqresi İctimai Birliyinin sədri Rəşad Əlizadə"
Qarşı tərəfində fikirlrəinə yer verməyə hazırıq!
teref.az