Bərdədə Vidadi İsayevin «forma-2» əməliyyatı - büdcə necə talanır?

16-02-2016, 15:48           
Bərdədə Vidadi İsayevin «forma-2» əməliyyatı - büdcə necə talanır?
Bərdə rayonundan redaksiyamıza çox ilginc informasiya daxil olub. Məlumata əsasən ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı olaraq aparılmış audit yoxlamaları nəticəsində ortaya çox ciddi yeyinti faktları çıxıb. Daxil olan informasiyaya əsasən Hesablama Palatası 2015-ci ilin dövlət büdcəsinin icrası, xərclərin təyianıt üzrə istifadəsi ilə bağlı olaraq audit tədbirləri həyata keçirilib. Bundan sonra isə bəlli olub ki, yerli Yol İstismar İdarəsinin rəisi ilə icra başçısı Vidadi İsayevin anlaşması nəticəsində kənd yollarının təmiri və bərpası ilə bağlı olaraq ayrılmış vəsaitlər israf edilib.

İcra hakimiyyətinin sifairişi ilə xərclərin rayon Maliyyə İdarəsi tərəfindən ayrılması nəticəsində heç bir iş görülməyib. Detallarına qədər daxil olan məlumatların dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. Məlumata əsasən heç bir iş görülməsə də, əslində Maliyyə İdarəsi icra başçısının tapşırığı ilə «forma-2» tərtib edərək guya işlərin görülməsinə dair büdcədən vəsaitlərin ayrılmasını təmin edib.

Məlumatlara əsasən «forma-2» lərin tərtib edilməsindən sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, əslində nəzərdə tutulmuş yol işlərinin qurulması ilə bağlı olaraq heç bir iş görülməyib.

Bu barədə GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, hətta Bərdədə elə kənd yolları var ki, sənəd üzərində tam təmir edilsə də, reallıqda bu yollara heç bir maşın çınqıl belə tökülməyib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru