Bakcell - abunəçilərinə necə kələk gəlir? - BİZİM ARAŞDIRMA
16-02-2016, 16:11
Redaksiyamıza bir qrup Bakcell abunəçisi olan vətəndaş tərəfindən şikayət müraciəti daxil olub. Məlumata əsasən bu mobil rabitə opretaorunun Klass paketində olan abunəçiləri konkret olaraq fırıldaqla üzləşirlər. Məsələn redaksiyamıza müraciət edən abunəçilər deyir ki, Bakcell-in «Klaas L» paketinin istifadəçisidirlər. Operatorun elan etdiyi qaydada bu paketdə olan abunəçilərə hər 1 aydan bir yenilənmə qaydasında bütün istiqamətlərdə 100 dəqiqə, 100 sms və 100 MB təqdim edilməlidir. Abunəçilərinə yolladığı informasiyalarında Bakcell bəyan edir ki, təqdim edilən dəqiqələr və sms-lər əslində bütün istiqamətlər üzrə eyni tarif daxilində istifadə edilə bilər.
Lakin bu paket üzrə istifadəçi olan abunəçilər bildirir ki, aylıq abunə haqqı 5 manata olan 100 dəqiqədən bütün istiqamətlər üzrə eyni tariflər üzrə istifadə oluna bilməz.
Abunəçinin telefonuna daxil olan informasiyada belə bəyan edilsə də, bəlli olur ki, «Bakcell Klass» istifadəçilərindən heç də eyni tarif üzrə pul silinmir. Əksinə müxtəlif qaydalarda pullar müxtəlif formalarda çıılır. Bu isə Azərbaycan Respublikasında «İstehlakçıların hüquqları» haqqında qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir.
GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar nəticəsində bəlli olur ki, əslində təqdim edilən paket üzrə şəbəkədaxili zənglərin qiyməti 0.6 azn-dir. Lakin şəbəkəxarici zənglər üçünsə qiymətlər 0.9 azn-ə qədər bahalaşır. Eyni qayda sms-lərin göndərilməsində də istifadə olunur.
Bu tarifdə beynəlxalq zənglər üzrə tariflər isə fantastik qaydada bahadır. Beynəlxalq zənglər üçün təqdim edilən Klass paketləri üzrə hər dəqiqə üçün 32 qəpik abunəçinin balansından çıxılır. Məsələn bu paket üzrə ölkədaxili zənglərin tarifikasiyası da 10 saniyə müəyyən olunur. Tarifikasiya müddəti həmçinin də beynəlxalq zənglərə də tətbiq edilir - 30 saniyə.
Yəni bu detallar barədə abunəçiyə heç bir informasiya (arayış) verməyən Bakcell əslində böhran dövründə ən çox bu şəkildə paketlərdən istifadə edən vətəndaşların və sahibkarların (koparativ mobil danışıqlar üzrə) cibinə girməklə məşğul olur.
Bu öyndə araşdırmalarımız davam edir. Həmişə olduğu kimi Bakcell-lə qarşı tərəf olaraq dəqiqləşdirmə aparmaq cəhdlərimiz baş tutmadı.