Vilyam Hacyev təcili Bakıya çağırıldı
16-02-2016, 17:07
İmişlinin icra başçısı bu gün sahibkarlarla bağlı ünsiyyət problemləri ilə bağlı olaraq Bakıya dəvət edilib. Məlumatlara əsasən onun Bakıya dəvət edilməsinə səbəb uzun illərdir ki, rayon ərazisində sahibkarların yığılıb qalmış sorunları ilə bağlı olaraq narahatçılıqlarını dinləməməsi olub. Bu günlərdə Prezident Adminstasiyasında yerli icra hakimiyyətlərinin vətəndaşlarla ünsiyyəti, sahibkarların problemlərinin dinlənməməsi ilə bağlı olaraq narazılıqlar yaşanmaqdadır. Aparılmış monitorinşərlərlə əlaqədar hesabatların sonucu olaraq İmişlinin icra başçısı Vilyam Hacıyevin də məsələ ilə bağlı olaraq konkret Bakıya dəvət edildiyi söylənilir.
teref.az yazır ki, gundeminfo-aza daxil olan informasiyaya əsasən hazırda bəraət alaraq həbsdən çıxmış sahibkar Mirqayis Verdiyevlə aralarında olan ödəniş mübahisəsinə dair də araşdırmalar aparılıb və bəlli olub ki, Vilyam Hacıyev həqiqətən də iş adamı borclu qalıb. Bundan başqa Samux rayonunda icra başçısı işlədiyi dövrlərdə Vilyam Hacıyev Nəsrulla adlı iş adamına da borclu qalıb. Dövlət adından sifarişçi qismində təmsil olunduğu zamanlarda İmişlinin indiki icra başçısı asfalt-beton zavodunun direktoru olmuş bu iş adamını ağır bir duruma düçar edib.
Xatırlada bilərik ki, «Samir-İstehsalat» MMC-nin direktoru Samux Asfalt Beton Zavodunun Nəsrulla Nəzərov Vilyam Hacıyevin ucbatından müflis olub.
Bizə daxil olan informasiyada konkret olaraq deyilir :
2006-2007-ci illərdə rayonun Nəbiağalı qəsəbəsində torpaq yollar asfaltlaşdırıldı. Görülən işlərin müqabilində Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2008-ci ildə 334.441 manat ödəməli idi. Amma: "Görülmüş işlərə görə 2007-ci ilin may ayında icra başçısı Vilyam Hacıyev 334.441 manat borcdan 150.000 manat ödəsə də, sonra məndən həmin puldan 100.000 manatını geri istədi ki, prezidentin rayona gəlişi gözlənilir, prezident gəlib gedəndən sonra borclarımı qaytaracağam. Mən Vilyam Hacıyevin sözlərinə inanaraq istədiyi məbləği ona borc verdim. Cənab Prezident İlham Əliyevin Samux rayonuna səfəri başa çatdıqdan sonra icra başçısından verdiyim pulu geri istədim. Dedi ki, nə pul, sən mənə şər atırsan?"
N.Nəzərov həmçinin böildirirdi: "Samux rayon İcra Hakimiyyətinin "Samir-İstehsal" MMC-yə ödəməli olduğu məbləğin ödənilməsinə və rayonun icra başçısı Vilyam Hacıyevin şəxsən mənə və rəhbərlik etdiyim kollektivə yönəlmiş qərəzçiliyinin qarşısının alınması vacibdir".
Bundan başqa türkiyəli iş adamı olan «Fırat-boru» şirkətinin rəhbəri ilə də anlaşma baş tutmayıb və nəticə etibarilə də Vilyam Hacıyevin «təşəbbüsləri» nəticəsində ölkədə sahibkarların əsas düşməni obrazını öz ətrafında formalaşdırıb.
Daxil olan informasiyalara əsasən hazırda V.Hacıyevin ölkənin dövlət büdcəsindən dotasiya almayan rayonları arasında olması faktı bir qədər «şövqləndirib». Bununla da indii imişlidə dödvlət başçısının təşəbbüsləri ilə yaradılmış bir sıra sahibkarlar sıradan çıxıblar.
teref.az