Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?

12-04-2021, 16:48           
Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?-
Nərimanov Rayon İcra Hakimiyyəti barəsində ölkə mediasında nələr yazılmır.

Təkcə bu fakt rayonun ümumi mənzərəsini dəqiq əks etdirə bilər.
Təsəvvür edirsiniz rayon ərazisində yerləşən kar və lal insanların yataqxanası icra hakimiyyətinin rəhbərliyi üçün əsl gəlir mənbəyi olub.
Fiziki qüsuru olan, lal və kar insanların durumundan istifadə edib özünə biznes quran məmurlara nə ad vermək olar ?
Onsuz da bunların səsi çıxmır, laldılar, heç kim bunları eşitmir. Siz də bir yandan bunları istismar edirsiniz...
Hələ icra hakimiyyətinin rəhbərlərindən birinin oğlu öz avtomobili ilə yaşlı qadını vurub öldürüb.
Cinayətkar oğulun məmur atası nə desə yaxşıdır..?(gundelik-baku)Yaşlı qadın oğlumun avomobilinə toqquşub..
Bəli, ölkəmizdə əməlli-başlı məmur özbaşınalığı var. Bunu hətta cənab Prezidentimiz dəfələrlə öz çıxışlarında vurğulayıb.
Bu mövzumuz isə konkret olaraq Nərimanov Rayon İcra hakimiyyəti kimi rüsvayçı bir qurumla bağlıdır.
Rayonun ərazisində adını çəkmək istəmədiyimiz qəbristanlıq üzərində az qala müasir ŞƏHƏR salan məmurlardan yaxşı nə gözləmək olar ?
Burada hansı məmurun obyekti, biznes mərkəzi yoxdur ?
Paytaxtın rayon ərazisində əməlli-başlı şəhər salıblar. Bunun bircə adı var: ŞƏHƏR içində ŞƏHƏR. Buradakı villaları satmaqla az vaxtda Qarabağdakı dağılımış əraziləri bərpa etmək olar.
Hələ bu harasıdır ?
Məmurlar Nərimanov ərazisindəki məktəblərin də ərazilərini zəbt ediblər.
Vaxtilə Səhiyyə naziri Əli İnsanov xəstəxanaların həyətini, ərazisini məmurlara satan kimi, indi də Nərimanov rayonu ərazində məktəb sahələri satılır.
Bu tikinti maqnatları o qədər HARINLAYIB ki, hətta uşaqların ərazisinə, yəni 34 saylı məktəbin ərazisinə də soxulublar.
Bəli, soxulublar. Məktəbin ərazisində obyektlər tikilir.
Görəsən, Şəhərsalma və Arxitektura Komitəsi, Təhsil Nazirliyi hara baxır ?
Bütün bunların hamısı məmur özbaşınalığının, hətta Prezidentimizin dediyi kimi məmur harınlığının nəticəsidir.
Bəli, məhz məmur harınlığı…
Ayda 600-700, lap 1000 manat alan məmur necə 100 minlik maşında gəzə bilər, necə 5 milyonluq villaya sahib ola bilər ?
Elementar məntiq bu suallara cavab verə bilmir ee..
Axı, Nərimanov RİH-də hüquq şöbəsinin müdiri olan, ayda 700 manat maaş alan Salahov Firdovsi Savalan oğlu tanışı Kənan Quliyevə 139 min manat pulu necə verə bilərdi ?
Bu pulu xırda məmur olan Firdovsi Salahov haradan əldə etmişdi ?
Bəlkə babasından xəzinə qalmışdı ?
Bəlkə qızıl küpü tapıb ?
Bütün bunlar azmış kimi xırda məmur olan Firdovsi Salahov hətta hakimə sifariş verə bilir ki, Kənan Quliyevi həbs elə. Hökmə bax ee...
Firdovsi Salahovla bağlı araşdırmamız davam edir.

Rubrika.Azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.