Avropa çempionunu Azərbaycandan kim qovdu - İTTİHAM

17-02-2016, 13:02           

teref.az-nun elektron poçtuna Azərbaycan idmanında ad qoymuş və Azərbaycanın adını Avropada məşhurlaşdırmış Ağaəli Alışovdan ilgin bir məktub daxil olub. Bu məktuba heç bir əlavə şərh vermədən oxuculara təqdim edirik:
"Salam teref.az necesiniz?Yardiminiza etiyac var.Peşəkar boksdan ilk Azərbaycanlı Avropa cempionu olmağıma baxmayaraq vetenimde cox böyük haqsızlıqlarla üzləşmişəm.Haqımı isdədiyim ücün mənə hədə qorxular gəlib başıma oyunlar acirlar.Size bir mətin göndərirəm zəhmət olmasa bu yazını imkan varsa dərc edesiniz.

Daima bacardığım qədər ölkəmin ictimai və mədəni həyatına öz töhfələrimi verməyə,gözəl əmələrimlə,idman koriyeramla gənclərə nümunə olmaga calışmışam.Öz madi və mənəvi gücümə cıxıb döyüşdüyüm bütün yarışlarda doğma Azərbaycanımızı laiqincə təmsil edib bayrağımızı yüksəltmişəm.Cünkü Vətən sevgisi elə bir hissdir ki,onun haqqında nə kecmiş , nə də gələcək zamanda danışmaq olmur.Bu hiss daima insanla bir yaşayir.
Peşəkar boksdan 2011-ci ildə Bakıda qarsimda coxlu problemlər yaratmaqlarına baxmayaraq öz gücümə WBA versiyasından Avropa cempionatlığını təşkil etdim və qalib gələrək ilk Azerbaycanlı Avropa cempionu kimi tarix yazmış oldum.Bu yarışın Azərbaycanda kecirilməsinə şəxsən Idman nazirliyi ve Boks federasiyasi icazə vermişdir. Ictimayi televiziya kanali isə döyüşümü 12 raund bir başa yayimlamışdır.Bu yarışı Vətənimdə kecirməyimdə isə hec bir madi marağım olmayıb.Yarışlarımın kecirilməsində mənə daima dəstəkk olan sponsorlarım olub.Sadəcə Ukrayna dövlətində yaşamağıma baxmayaraq fikrim ondan ibaret olub ki,belə bir döyüşü məsh öz doğma Vətənimdə kcirim.İsdər qalib isdərsədə məğlub olduğum halda hisdlərimi məhs öz millətimlə bir yerdə yaşayim.Axı mən daima Azərbaycan ücün vuruşmuşam.Şükürr Allaha ki,Allah qalib olmağı mənə nəsib etdi.
Lakin 2014-cü ildə Ukraynada başlayan böhrandan sonra Vətənim Azərbaycana döndüm.Idman koriyeramı davam etdirmək ücün dəfələrlə Boks fedarasiyasina,Gənclər və Idman nazirliyinə həm yazılı həm şıfahi müraciyətlər etdim.Lakin cavab olaraq mənim kimi bir idmancını tanımadıqlarını hər dəfəsində mənə söylədilər.Cənab prezidentə,Mehriban xanım Əliyevaya məktub yazacağımı,mətbuat konfransı kecirdib bu məsələyə aydınlıq gətirəcəyimi bildirəndə bu azgınlaşmiş "insanlar" mənə hədə qorxu gələrək hər səfərində polis gücünə məni Gənclər və İdman "nazirliyindən" uzaqlaşdırırdılar.Lakin mən bu işin sonuna cıxmagğı qarşıma məqsəd qoymuşdum. Bir necə gündən sonra yenidən Gənclər və İdman "nazirliyine"gəldim.Bildirdim ki, jurnalistləri ora dəvət edib bu işi ictimailəşdirəcəm və səsimi ölkə başcısına catdıracam.İlk öncə mənə kimə isdəyirsən get catdır,nə etmisən özün üçün etmisən (sanki atamın bayrağını yüksəltmişəm) dedilər.Get hansı ölkədən gəlmisən ordada vuruş.Mən Azərbaycan vətəndaşı olduğumu bildirdim bu bisavadlara.Sonra isə gözləməyimi söylədilər.Mən isə gözləməli oldum.10-15 dəyqədən sonra haqqımı isdədiyim üçün gəlib məni apardilar Nərimanov polisinə 3 saat saxlayıb buraxdılar.Bundan sonra dəfələrlə ölkə başcısına bu cür haqsızlıqlarla üzləşdiyim haqda məktublar və teleqramalar vurdum.Nəticədə hec birinə cavab almadım.Getdim prezident aparatına və Gənclər və İdman nazirliyindəki aqibət ordada başima gətirildi.Bir neçə iç nömrəsinə zəng vurdum.Sonuncu desdeyi götürən "insana" problemlərimi danışmağa başladım.Bu "insan" biraz qulaq asandan sonra mənə bura idman nazirliyidir dedi.Mənsə idman nazirliyində şikayətimə baxılmadığı ücün cənab prezidentə müraciyə etmək isdəyimi bildirdim.Bu adam sanki kücədə biri ilə danışırmış kimi başın bədəninə ağırlıq etməsin dedi.Sonra məni 4 nəfər polis patrul maşını ilə apardı Nəsimi polisinə.Əmin idim ki,bu məktubların hec biri cənab prezidentə catdırılmayib.Bunu cənab prezident özüdə dəfələrlə vurğulayıb ki,işcilərim məni aladir və məlumatları məndən gizlədir.İdmana qayğı gösdərən bu cür prezidentimiz inanıram ki,mektublarımı alsa idi bu işi yoluna qoyacaqdır.
Öz Vətənimdə bu cür haqsızlıqla üzləşməyim mənə çox pis təsir etmişdir.Bucur davranış məni çox sıxıtdı.Doğma Vətənimdə özümü yad hiss edirdim.Axı mən öz Vətənim haqda başqa düşüncələrdə idim.Ölkə başcısına səsimi catdırmağın yollarını axtarırdım.Qərara gəldim ki,cıxım Koroğlu körpüsünen üsdünə Idmana aidiyati olan bütün qurum işcilərini və jurnalistləri ora dəvət edib bu işə aydınlıq gətirim.Nədən mənə bu cür davrandıqlarını bilim.Lakin bu cəhtimdə baş tutmadı.Koroğlu metro stanciyasında olan körpünün üsdündəki polislər tərəfindən saxlanılıb Bakı şəhəri baş polis idarəsinə aparıldım.Orda professor polislərimiz məni dindirdikdən sonra özlərindən uydurdular ki,güya mənim pisxoloji problemlərim var və mən dəlixanada yatmalıyam.Bax bu cür şərəfsizliyə əl atdılar.Sağolsunlar tanışlar vastəsi ilə onların əlindən canımı qurtardım və ölkəni tərk elədim.
Lakin əziz həmvətənlər bu yaxınlarda Almaniya dövlətində idman müqaviləsi bağladım və bundan sonra koryeramı Almaniya bayrağı altında davam etdirəcəm.Belə bir şansı mənə verdiyi ücün Alamniya dövlətinə öz böyük minətdarlığımı bildirirəm və söz verirəm ki,bacardığım qədər calışıb bundan sonra Almaniya dövlətini laiqincə təmsil edəcəm.
Bəlkədə coxları atdığım bu adima görə məni qınayacaq,ancaq peşəkar boksdan ilk Azərbaycanlı Avropa cempionu olmağıma baxmayaraq koryeramı izləyən insanlar mənim doğma Vətənim Azerbaycanda son vaxtlar başıma acılan oyunlardan xəbərdardılar.
Harda olmağıma baxmayaraq qəlbim hər zaman Azərbaycan ücün döyünüb və bundan sonrada döyünəcək.Bacardığım qədər yenədə həmişə olduğu kimi gənclərə nümunə olmağa və əlimdən gələn köməkliyi etməyə calışacam.Mən qəlbimdə Azərbaycanlıyam və bununlada fəxr edirəm.
Lakin hələdə ümüdlüyəm ki,cənab prezident yazılarıma cavab verəcək.
Ağaəli Alışov.

Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.