BakCELL-in direktoru niyə vaxtından əvvəl yola salındı

17-02-2016, 16:37           
BakCELL-in direktoru niyə vaxtından əvvəl yola salındı
2008-ci ilin sonunda Bakcell mobil rabitə operatorunun rəhbərliyində dəyişiklik oldu. Hollandiya vətəndaşı olan İnessa Botte vəzifəsindən istefa verdi. O zaman mediada məlumat yayıldı ki, İ.Bottenin işdən azad edilməsində əsas səbəb heç də səlahiyyət müddətinin başa çatması deyil, siyasi amillər rol oynayıb. Azərbaycanın ilk mobil rabitə operatoru ilə bağlı zaman-zaman mediada kifayət qədər şübhəli informasiyalar yer alıb.

Bu mobil operatorun ölkədə vətəndaşların dinlənilməsindən tutmuş, danışıq tarifləri üzrə vətəndaşlara qənim kəsilməsi, onların traffiklərinin oğurlanması ilə bağlı kifayət qədər bilgilər mediada yer alıb. Məsələ burasındadır ki, bununla bağlı olaraq Bakcell şirkəti hər zaman susmağa üstünlük verib.

Bakcell-in Azərbaycan nümayəndəliyində baş verənlər əslində hər zaman siyasi xarakter daşıyıb. Abunəçilərinin dinlənməsi, onların hədəfə alınaraq şantaj edilməsi işində bu mobil rabitə operatorunun atdığı addımlar kifayət qədər çox olub. Həmçinin də tarif paketləri ilə bağldı dünən informasiya verərək bildirmişdik ki, Bakcell-də rəsmən mövcud olan reklam və təbliğat kampaniyalarında abunəçilərə yarımçıq məlumat verilir. Hər halda bu bir məqamdır. Hər halda bu məsələ kifayət qədər araşdırma predmeti olaraq qalır. Və bu gün Bakcell-in Klass paketləri üzrə abunəçilərinə lazımi qədər informasiya verilmir. Onların danışıq dəqiqələri, internet traffikləri və sms-ləri ilə bağlı da rəsmən şübhəli məqamlar ortadadır.

İndi isə diqqətimizi bir neçə gün öncə rəhbəri dəyişmiş Bakcell-ə yönəldək. Bir neçə gün öncə Bakcell MMC-nin icraçı direktoru müqaviləsinin 3 ay sonra başa çatmasına baxmayaraq ailə vəziyyəti ilə bağlı istefa ərizəsi yazıb. Dünən, fevral ayının 16-da yayımlanan rəsmi press relizdə belə deyilirdi. R.Şirer 2011-ci ildə Bakcell MMC-yə icraçı direktor vəzifəsinə təyin olunub. Müqaviləsinin başa çatmasına baxmayaraq o işindən 3 ay öncə niyə istefa verir? Onun ailə vəziyyəti ilə bağlı isə qurumdan detallı heç bir açıqlama verilmir. teref.az yazır ki, gündeminfo.az-ın əldə etdiyi bilgiyə görə son zamanlar ölkədə devalivasiya prosesslərinin başlanması ilə əlaqədar dövlət səviyyəsində biznes mühitinin sadələşdirilməsi və daha əlverişli şəraitin yaradılması istiqamətində addımlar atılır. Lakin Bakcell MMC-nin bu islahatlar və mütərəqi addımlarla bağlı hər hansı korparativ və sahibkarların dəstəklənməsinə istiqamətlənmiş addımlarına rast gəlmək mümkün deyil.

Əməkdaşlırımızın apardıqları araşdırmalar zamanı hətta Bakcell-in sosial məsuliyyət layihləri üzrə büdcəsinin də digər mobil rabitə operatorları ilə müqayisədə sox az vəsait ayırır. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.