İcra başçısını əvəz edən Mansur Məmmədov rayonu belə talan edir- CƏLİLABADDA

23-04-2021, 06:19           
İcra başçısını əvəz edən Mansur Məmmədov rayonu belə talan edir-
Cəlilabad rayonunda dövlət əmlakının talanı davam edir. Bu barədə dosye.org-a rayonda olan bilgilərimiz məlumat verib.

Belə ki, rayonun Qarayar yolunun üstü deyilən ərazidə Azərsuya məxsüs turbalar kütləvi şəkildə çıxardılaraq maşınlara yüklənilir. Məlumatla bağlı Cəlilabad rayon Su- Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən boruların doğranması ilə bağlı heç bir məlumat olmadıqlarını bildirdilər. Maraqlı məqam ondan ibarətdir ki, Azərsuya məxsüs turbalar bir qurup məmurlar tərəfindən mənimsənilir. Apardığımız araşdırmalara görə, yuxarıda göstərilən ərazidə turbaların çıxardırılmasına bir başa icra başçısını müfəqqəti əvəz edən Mansur Məmmədov başçılıq edir.

Həmən ərazidə çəkiliş aparan əməkdaşlarımız bildirir ki, turbaları doğrayan şəxslər kiminləsə telefon əlaqəsi yaratdıqdan sonra ərazidən uzaqlaşmağa başladılar. Görünür, keçmiş icra başçısı Namik Zeynalovun həbsi digər məmurlara dərs olmayıb. İcra başçısını əvəz edən Mansur Məmmədova kim şərait yaradıb ki, dövlət əmlakını mənimsəsin?

Digər bir məlumatda vurğulanır ki, doğranılan turbalar maşınlara yüklənərək bir metri 40 manatdan məlum olmayan istiqamətə aparılaraq təhvil verilir. 300(üç yüz) metr borunun isə artıq satıldığı bildirilir. Əslində, həbs olunan icra başçısı ilə yanaşı müavinlər və onların əl- altıları da istintağa cəlb edilməli idi.

Bir faktı diqqətinizə çatdıraq ki, dövlət başçısı cənab İlham Əliyevin mir bir əziyyət hesabına, bir sözlə qram-qram formalaşdığı büdcəni xırda padşahlar talamaqla məşğuldur. Dəfələrlə rüşvətxor, korrupsioner və hegamon məmurlarla bağlı tutarlı faktlar dərc etmişdik. Adı hallanan N. Zeynalovla bağlı kifayət qədər tutarlı məlumatlar dərc etmişdik. Çox keçmədən Cəlilabad rayonunda DTX-nin uğurlu əməliyyatı bütün qeyd etdiyimiz nöqsanları bir daha təsdiq etdi.

Rayonda gəzən söz-söhbətlərə görə, həmən boruların satılmasına Mansur Məmmədov rəhbərlik etsədə onun yuxarılarla da hesablaşdığı bildirilir. Baş verən mənimsəmə olayında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayevinda adı hallanır. Onu da diqqətinizə çatdıraq ki, dövlət əmlakını mənimsəmə faktını aidiyyətli qurumlara ünvanlanacaq. Bu istiqamətdə araşdırmalarımız davam edir. Mövzüya yenidən qayıdacayıq…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.